19.03.2024, 06:50 - Baxış sayı: 230

F.ü.f.d. Məhəmməd Cəbrayılov “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda çıxış edib


F.ü.f.d. Məhəmməd Cəbrayılov “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda çıxış edibAMEA Rəyasət Heyəti və İctimai Humanitar Elmlər bölməsinin birgə təşkil etdiyi “Yaşıl dünya naminə” tədbirdə Fəlsəfə və Sosiologiya İnstitunun İnformasiya Cəmiyyətinin fəlsəfi və sosioloji Problemləri şöbəsinin müdiri, fəl.ü.f.d Məhəmməd Cəbrayılov “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda çıxış edib: “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid haqqında düşünmək, xüsusən COP 29 “Bakı Konfransında” qarşıya qoyulan məqsədlər kontekstində ekoloji fəaliyyət və davamlı inkişaflabağlı məsələləri fəlsəfi düşüncəylə nəzərdən keçirməkdir. Bu düşüncə - davamlı gələcəyə nail olmaq üçün ictimai, fərdi və etik məsuliyyətlərin, eləcə də COP 29 məqsədlərinə nail olmaq üçün mövcud olan çağırışların və imkanların təhliliylə bağlı çoxlu sualların meydana çıxmasına imkanlar açır. Yaşıl dünyaya keçid planetimizdə gələcək nəsilləriqorumaq üçün dərin etik imperativlərin formalaşmasını tələb edir. Bu, insan maraqlarını prioritet hesab edən antroposentrik baxışlardan bütün canlıların və ekosistemlərin daxili dəyərini qiymətləndirən ekosentrik və biosentrik perspektivə keçidin tələbidir. Fəlsəfi baxımdan məsələnin bu cür qoyuluşu, təkcə digər insanlara deyil, həm də qeyri-insani varlıqlara və ümumilikdə ətraf mühitə qarşı mənəvi öhdəliklərimizlə bağlı suallar doğurur. Məsələn, bütün canlılar arasında mövcud əlaqə zəncirinin qırılması, hansı qlobal ekzistensial təhlükələr doğura bilər; təbiət elmlərinin sorğuladığı məsələlər, qarşıya qoyulan məqsədləri ilə texniki, iqtisadi elmlərin tətbiqi zamanı meydana çıxan praktik nəticələr arasında uzlaşmayan tərəflərinə fəlsəfi rakursdan baxmaq ekoloji şüurun inkişafına necə təsir edə bilər; bizi əhatə edən ekosistemin özünü bərpa və yenidən özünütəşkil imkanları hansı çərçivələrlə məhdudlaşır; iqlim dəyişməsində antropogen amilin rolu fiziki və geoloji amillərdən nə ilə fərqlənir; 2024-cü ildə COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya birliyinin verdiyi ümumi qərarla bağlı səbəblər hansılardı; COP 29 Bakı konfransından hansı gözləntilər var və s. suallara mövzu daxilində cavablar axtarılır”.