22.04.2024, 06:20 - Baxış sayı: 164

“Məhəmmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib


“Məhəmmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində görkəmli şair-filosof Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda növbəti elmi seminar keçirilmişdir. Seminarda şöbə müdiri f.e.d., prof. Əli Abasov “Füzuli yaradıcılığının trilinqvizmi” və aparıcı elmi işçi, f.f.d., dosent Zeynəddin Şabanov ““Mətlə-ül-etiqad” əsərində Füzulinin dünya fəlsəfə irsinə münasibəti” mövzularında çıxış etmişlər.
Çıxış edənlər türk, ərəb, fars dilində yazıb-yaradan şairin islam sivilizasiyasındakı yeri, substantiv və prossesual dillərin fərqli cəhətləri, şairin elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və sonu, elm və bilik, biliyin növləri, ilk yaradılış, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirlərini təhlil etmiş, maraqlı cəhətlərə toxunmuşlar. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər söylənilmişdir.
“Məhəmmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib