23.04.2024, 11:01 - Baxış sayı: 197

İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutununda görkəmli alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri olan və epistemoloji, təbiət elmləri, əxlaq, politika, estetika, sənət və bu kimi bir çox sahəni dərindən öyrənən, İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr olunan ümuminstitut seminarı keçirildi. Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə məruzə ilə çıxış edərək bildirib ki, hər bir xalqın öz fəlsəfəsi var və fəlsəfə tarixindən danışarkən alman fəlsəfəsinin dünya fəlsəfə tarixində əsas yerlərdən birini tutduğunu görürük. Kant bir neçə fənləri öyrənən alim olmaqla yanaşı dünyaca tanınan filosof olmuş və onun tədqiqatlarında epistemoloji yanaşmalar əsas yer tutur: “Bu məsələyə bir neçə tezislə yanaşmaq olar: metodoloji fizika, əxlaq fəlsəfəsi, azad iradə, əxlaq və din. Bəs Kantın marifləndirmə ideyası nədir? – sualına əgər cavab versək görərik ki, maariflənmə insanlığın özü-özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilas olması deməkdir”.
İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilibMaarifçiliyin əsas şüarı öyrənməyə cəhd etmək və öz dərrakəsini istifadə etmək cəsarətinə sahib olmaqdır. Kantın əsərlərinin başlanğıc nöqtəsi həmişə elm olmuşdur və insanın bunu təcrübə ilə əldə edə biləcəyini və metofizikada keçərli olduğunu müdafiə edən İlham Məmmədzadə daha sonra qeyd edib ki, müasir elmi biliklər Kant fəlsəfəsi ilə müxtəlif istiqamətlərlə üst-üst düşdüyünü görürük.
Seminarda f.e.d., professor Adil Əsədov “Kant və postmodernizm”, f.ü.f.d Məhəmməd Cəbrayılov “Kantın təbiət fəsləfəsinə müasir nəzəri konteksdə baxış” adlı məruzəsində Kantın “Kainatın mənşəyi və hərəkəti” əsərinə onun ideyalarının müasir dövr kvant fizikasına, təbiət elmlərinə təsirindən danışdı. Daha sonra M.Cəbrayılov Kantın “fenomenlər” və “novmenlər” anlayışlarının fəlsəfi dərkinin əsasən onun tezis və antitezislərindəki ideyaların düzgün anlaşılması ilə əlaqələndirdi.Sonda f.ü.f.d. Zaur Rəşidov “İ.Kantn fəlsəfi antropologiyası və neokantçılıqda insan sualı: müqayisəli təhlil” mövzusunda məruzə ediblər. Məruzələrdən sonran f.e.d., professor Əli Abasov, f.e.d., professor Əbülhəsən Abbasov, f.ü.f.d. Xanım Mustafayeva və digər iştiakçılar mövzu ilə bağlı çıxış edərək, fikirlərini bölüşüblər.