“Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Sertifikatla təltif edildi
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyətinin və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli “Tarixi sima: Həmidə xanım Cavanşir” mövzusunda məruzə ilə çıxış edərək Sertifikatla təltif edilmişdir. O, öz çıxışında Şuşa qəzasının Kəhrizli kəndində anadan olan XIX əsrin sonu, XX əsrin birinci yarısında Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən sayılan Həmidə xanım Cavanşirin öz geniş maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın maariflənməsindən, milli mədəniyyətimizin, ədəbiyyatımızın, xeyirxahlıq ənənələrinin inkişafında önəmli xidmətlərindən bəhs etmişdir.