03.05.2024, 06:48 - Baxış sayı: 125

“Müasir dövrdə sosial tərəfdaşlığın əhəmiyyəti” mövzusunda seminar


“Müasir dövrdə sosial tərəfdaşlığın əhəmiyyəti” mövzusunda seminar

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində növbəti elmi seminar keçirilmişdir. Elmi seminarda aparıcı elmi işçi, f.f.d., dosent Zeynəddin Şabanov “Müasir dövrdə sosial tərəfdaşlığın əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Z.Şabanov sosial tərəfdaşlığın meydana gəlməsi, sosial əmək münasibətlərinin təkmilləşməsində sosial tərəfdaşlığın rolu, ayrı-ayrı filosofların sosial tərəfdaşlığa münasibəti, sosial tərəfdaşlığın subyektləri, məqsədi və prinsipləri, Azərbaycanda sosial tərəfaşlığın inkişafı üçün görülən tədbirlər barəsində geniş məlumat verdi. Digər şöbələrin əməkdaşlarının da qoşulduğu seminarda çıxışlardan sonra geniş müzakirələr olmuş, maraqlı fikirlər söylənilmiş, təkliflər irəli sürülmüşdür.