“Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Sertifikatla təltif edildi
AMEA MEK-də German Academic Exchange Service (DAAD) and Azerbaijan National Academy of Science (Alman Akademik Mübadilə Xidməti (DAAD) və Azərbaycan Milli Elmlər Akademiyasının) birgə təşkilatçılığı ilə Proposal Writing Workshop (Təkliflərin Yazılması Seminarı) mövzusunda seminar keçirilmişdir. Seminarda 25 nəfər göndərilən CV-lərə əsasən DAAD təşkilatı tərəfindən uğurlu hesab edilmiş və orada iştirak etmək üçün seçilmiş, təlimdən yararlanmaq imkanı qazanmışdır. Onlardan biri də AMEA Fəlsəfə və Sosiologiya İnstitunun “Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynlidir. O, xarici müəllimlər tərəfindən nəzəri və praktiki formada keçirilən təlimdə tədqiqat mövzusunun işlənməsi, tədqiqat problemi, məqsəd və vəzifələri haqqında bilik və bacarıqlara yiyələnmiş və tədqiqat üsulları və metodlarını mənimsəmişdir. Ceyran Hüseynli son olaraq təlim zamanı göstərmiş olduğu uğurlu iştirakına görə DAAD təşkilatı tərəfindən Sertifikata layiq görülmüş və təltif edilmişdir.