“Ulu Öndər Heydər Əliyevin psixoloji portreti - Dünyanın hərb tarixində daim yaşayacaq - Qüdrətli Sərkərdə İlham Əliyev Fenomeni” mövzusunda seminar keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Ulu Öndər Heydər Əliyevin psixoloji portreti - Dünyanın hərb tarixində daim yaşayacaq - Qüdrətli Sərkərdə İlham Əliyev Fenomeni” mövzusunda seminar keçirilib. Seminarda şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ümummilli lider Heydər Əliyevin strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğunu, Ulu öndərin psixoloji portretinin təhlilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycan dövlətinin yüksəlişinə və tərəqqisinə ömrünü həsr edən ümummilli lider Heydər Əliyevin uğur fenomeni dünya üzrə tədqiq olunan və öyrəniləcək bir məktəb olduğunu, dahi lider Heydər Əliyevin psixoloji keyfiyyətlərini onun siyasi fəaliyyəti tamamladığınl, fəaliyyətinin nəticələri ümumbəşəri əhəmiyyət kəsb etdiyini bildirib. Cənab İlham Əliyev güclü lider kimi ölkəyə rəhbərlik etdiyi 21 ildə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Ali Baş Komandan İlham Əliyevin özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.- deyə, Günel Məlikli vurğulayıb.
Daha sonra şöbənin dissertantı Zeynəb Həcəmova seminarda çıxış edərək, müzakirələr aparılıb.
Daha sonra şöbənin dissertantı Zeynəb Həcəmova seminarda çıxış edərək, müzakirələr aparılıb.