Fəlsəfə İnstitutunun direktoru Mahmud Kaşqari adına mükafata layiq görülüb
AMEA Fəlsəfə İnstitutunun direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən mükafata layiq görülüb. Fəlsəfə İnstitutunda baş tutan mükafatlandırma mərasimində çıxış edən fondun prezidenti Elxan Zal Qaraxanlı fondun yaranması və fəaliyyəti haqqında geniş məlumat verərək, bildirdi ki, indiyə kimi Türk dünyasının tanınmış simaları bu mükafata layiq görülüb. Azərbaycandan da bu mükafatı alanların olduğunu qeyd etdi. Azərbaycan fəlsəfəsinin də Türk dünyasında önəmli yer tutduğunu deyən fond rəhbəri, məhz bu səbəbdən Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası “Ümumtürk mədəniyyətinin, elminin və düşüncəsinin inkişafında göstərdiyi xidmətlərə görə” AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadəni “Mahmud Kaşqari - 1000” medalına layiq görüb.
Belə bir mükafata layiq görüldüyünə görə İlham Məmmədzadə Mahmud Kaşqari adına Beynəlxalq Fonda və fondun prezidentinə təşəkkürünü bildirdi.
Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Fəlsəfə elmləri doktoru Sakit Hüseynov, Fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və digər çıxış edənlər İlham Məmmədzadəni layiq görüldüyü mükafata görə təbrik edərək, işlərində uğurlar arzuladılar.