Gənc alim Günel Məlikli Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş genişmiqyaslı fəaliyyəti haqqında Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə deyib
Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılmış Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş genişmiqyaslı fəaliyyəti haqqında Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə deyib. Mühazirədə gənc alim Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyev Fondunun təqdirə layiq fəaliyyəti haqqında fikirlərini tələbələrə çatdırmışdı: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür”. Çıxışında Ulu öndər Heydər Əliyevin strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğunu, Ulu öndərin psixoloji portretinin təhlilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Heydər Əliyev Fondunun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüsləri təqdirə layiq olduğunu bildirib. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində Heydər Əliyev Fondunun fəaliyyətinin əvəzsiz olduğunu vurğulayıb. Mənim üçün ən əziz nemət Azərbaycanın Azərbaycanın gəncləridir. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən asılıdır". Bu fikirlər Ulu Öndər Heydər Əliyevin sözləridir - deyə, Günel Məlikli vurğulayıb.