17.05.2024, 11:49 - Baxış sayı: 133

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirildi

Mayın 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. Iclası giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova açaraq çıxışında ilik hesabat barədə tədbir iştirakçılarına məlumat verib. Ittifaqın cari il ərzində fəaliyyətindən, görülən işlərdən xüsusilə, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, institut əməkdaşlarına edilən sosial yardımlardan danışıb.Gündəlikdə duran əsas məsələlər:
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirildi1. Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədovanın 2017-2024-cü illər üzrə hesabatı;
2. Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının Təftiş Komissiyasının hesabatı;
3. Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının yeni sədrinin seçilməsi;
4. Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının yeni komitə tərkibinin seçilməsi;
5. Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi;
6. AMEA Azad Həmkarlar Təşkilatının Qurultayına nümayəndələrin seçilməsi-2 nəfər
İclasda Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının yeni sədrinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Asya Əhmədova İnstitutun Həmkarlar Təşkilatının sədri vəzifəsinə yenidən təyin olunub.