17.05.2024, 11:53 - Baxış sayı: 113

“Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirildi

“Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurası “Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirdi.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d. prof.,İlham Məmmədzadə açaraq 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunduğunu vurğulayaraq bildiridi ki, Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
“Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirildiProfessor çıxışında qeyd etdi ki, akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.Professor İlham Məmmədzadə akademik Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrdən və eyni zamanda “Azərbaycan qadını üçün əsl mükafat ailəsinin möhkəm olması, gözəl övladlar böyütməsi, ailədə mehribançılıq, sədaqət və səmimiyyətin olması ilə Zərifə xanım ailə məktəbinin nümunəsini yaratdığını vurğulayıb.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun elmi, tibbi və pedaqoji fəaliyyəti, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidi.
“Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirildiTədbirdə elmi işçisi Xanımağa İsmayılova: “Beynəlxalq Ailə Günü”, f.ü.f.d., Mətanət Şəkixanova: “Dəyərlərimizi yaşatmış böyük qadının səmimi obrazı”,elmi işçi Vüsalə Gülmalıyeva: “Akademik Zərifə Əliyeva: insanların sağlamlığı keşiyində durmaq, vətəndaşlıq missiyası”, elmi işçi Hafizə İmanova: “Azərbaycan qadını ailə institutunun təməli kimi” mövzularla çıxış etdilər.
Sonda akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətini əks etdirən video çarx və institut qadın əməkdaşlarının elmi fəaliyyəti ilə yanaşı yaradıcılıqlarından ibarət təşkil etdiyi sərgi işıqlandırıldı.