“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində növbəti seminar keçirilib
Mayın 20-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələrinə “Azərbaycan-İran münasibətlərində son vəziyyət” mövzusunda seminar keçirilmişdir. Seminarda institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olduğuna təəssüfünü ifadə edərək ölkəmizin rəhbəri prezident İlham Əliyevin və digər qurumların başsağlığı verdiyini qeyd etmişdir. Xüsusilə də mayın 19-da Azərbaycan və İran prezidentlərinin Araz çayı üzərində inşası başa çatdırılmış “Xudafərin” və “Qız Qalası” dəryaçalarının açılışını etmələrini qarşılıqlı münasibətlərin bundan sonra yaxşılaşacağına və qurucu ruhda davam edəcəyinə inam yaratdığını vurğulamışdır. O, son aylarda iki ölkə arasında münasibətlərin yaxşılaşdığını və əməkdaşlığın qurulduğunu qeyd etmişdir. E.Mədətli İranın Azərbaycan Respublikası ilə münasibətlərində Cənubi Azərbaycan amilini, İran əhalisinin 40 %-dən çoxunu təşkil edən soydaşlarımızın mövcudluğunu, onların müstəqil, demokratik və güclü Azərbaycan dövlətinə rəğbətini nəzərə almalı olduğunu vurğulamışdır. Bundan başqa, E.Mədətli Azərbaycan - Ermənistan münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində, həm də müharibədən sonrakı illərdə Prezident İlham Əliyevin liderliyində zəfərə doğru irəliləyib, diplomatik və hərbi müstəvidə tarixi qələbələr əldə etmişdir. Ölkə başçısı İlham Əliyevin tələbi ilə 10 noyabr Bəyanatına salınmış bəndlərin yüksək əhəmiyyətini qeyd edən Eynulla Mədətli Zəngəzur dəhlizinin açılması ilə tarixi İpək Yolunun bərpa olunacağını, bunun iqtisadi əlaqələrdə səmərəli körpü yolu oynayacağını, həmçinin, Türk birliyinə töhfə verəcəyini bildirib. Bütövlükdə Zəngəzur dəhlizinin Cənubi Qafqaza dayanaqlı sülh gətirəcəyini vurğulamışdır.
Seminarda şöbənin əməkdaşları f.e.d. Lalə Mövsümova, elmi işçi Nailə Əlicanova, Şəfa Əsgərova, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dos. Əli İbrahimov, f.e.d Adil Mirabdullayev, doktorant Rauf Abbasov iştirak etmişdir.
Sonda tələbələrlə mövzu ətrafında müzkirələr aparılmış, verilən suallara cavab verilmişdir.
.
Seminarda şöbənin əməkdaşları f.e.d. Lalə Mövsümova, elmi işçi Nailə Əlicanova, Şəfa Əsgərova, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dos. Əli İbrahimov, f.e.d Adil Mirabdullayev, doktorant Rauf Abbasov iştirak etmişdir.
Sonda tələbələrlə mövzu ətrafında müzkirələr aparılmış, verilən suallara cavab verilmişdir.
.