14.06.2024, 09:47 - Baxış sayı: 217

A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib


A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda iyunun 14-də A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş “Fəlsəfə və tarix” mövzusunda Dəyirmi masa keçirilib. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, Abbasqulu ağa Bakıxanov Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri, böyük mütəfəkkir, istedadlı filosof və şair müasir Azərbaycan mədəniyyətinin banilərindən biridir. Azərbaycan elmi tarixşünaslığının əsasını qoyan A.Bakıxanov ensiklopedik biliyə malik şəxsiyyətlərin parlaq nümayəndəsidir. Onun astronomiya, coğrafiya, tarix, filologiya, fəlsəfə, məntiq kimi müxtəlif elm sahələrinə aid qiymətli əsərləri günümüzə gəlib çatıb. Elmi inkişafa özünəməxsus töhfə verməklə yanaşı, onun Azərbaycan, fars və az sayda ərəb dillərində klassik şərq poeziyasının müxtəlif janrlarında yazdığı bədii əsərləri də bu günümüzə qədər bizlərə miras qalıb. Onun məşhur əsərlərindən biri 1841-ci ildə tamamladığı “Gülüstan-i İrəm” əsəridir. Bakıxanov “Gülüstan-i İrəm” əsərində tarixin müasir elmin tələblərinə nöqteyi-nəzəri ilə yanaşaraq bəşəriyyətin keçmiş həyatını təcrübə adlandıraraq, hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün bu təcrübədən istifadə etməyi lazım bilib.
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilibİnstitutun elmi işlər üzrə direktor müavini , t.e.d. Eynulla Mədətli “Abbasqulu ağa Bakıxanovun “Təhzibi-əxlaq” əsəri və müasir gənclik” mövzusunda çıxışında görkəmli yazıçı, böyük maarifçi Bakıxanov irsinin tədqiqi sahəsində görülən işlərdən ətraflı məlumat verib. Onun müxtəlif elm sahələrinin əhəmiyyətini xüsusi vurğulayaraq müstəqillik dövründə ədibin əsərləri üzərində yeni istiqamətli tədqiqat işlərinin aparılması zərurətindən, bunun üçün yaranmış tarixi şəraitdən danışıb. Bakıxanovun dünya tarixşünaslığının yetişdirdiyi şəxsiyyətlədən biri olduğunu vurğulayan E. Mədətli onun bütün əsərləri həm dövrünün, həm də bu gün üçün öz əhəmiyyətini saxlayacaq əsərlərdir. Bakıxanov yalnız Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycan tarixçiləri üçün də dəyərli mənbə olduğunu vurğulayıb.
Sonra f.e.d. Arzu Hacıyeva “Gülüstan-i İrəm: milli özünüdərk abidəsi”, A.Bakıxanov adına Tarix Etnoqrafiya İnstitutunun professoru, t.e.d. Şahin Fazil “Azərbaycan tarixşünaslığının banisi”, f.ü.f.d. dos. Faiq Ələkbərli “Abbasqulu aga Bakıxanovun fəlsəfi-əxlaqi görüşləri”, f.ü.f.d., dos. Mətanət Şəkixanova “Tədqiqatlardan öyrəndiyimiz Bakıxanov”, f.ü.f.d., dos. Rəşad Əsgərov “Azərbaycan maarifçilik fəlsəfəsində Abbasqulu aga Bakıxanovun yeri və rolu” məruzə ilə çıxış ediblər.
Sonda Bakıxanov irsinin araşdrıcısı, tədqiqatçı-publisist Xəyalə Əyriçalmalı, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., dosent Radif Mustafayev və digər çıxışçılar A.A.Bakıxanov yaradıcılığına nəzər salaraq, onun elmi və ədəbi fəaliyyətini təhlil etdilər.
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
A.A.Bakıxanovun 230 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib