20.06.2024, 10:17 - Baxış sayı: 118

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Fəxri  Xiyabanı ziyarət ediblər

Milli Qurtuluş Günü münasibətilə AMEA alimləri Fəxri Xiyabanı ziyarət ediblər. AMEA Azad Həmkarlar İttifaqının, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının birgə təşkilatçılığı ilə baş tutan ziyarətdə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkiltının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov, Fəlsəfə və Sosiologiya İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri" şöbəsini müdiri, f.ü.f.d Məhəmməd Cəbrayılov, Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin kiçik elmi işçisi Nərgiz Zeynallı, AMEA Mərkəzi Elmi Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri, Həmkarlar Təşkilatının sədr müavini Gülnar Məmmədova, Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev, Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, filologiya elmləri doktoru, professor Şahbaz Musayev, Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev iştirak etmişlər. Ziyarət zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş və onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra AMEA alimləri görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş ehtiramlarını bildirmiş və məzarı önünə gül dəstələri qoymuşlar.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Fəxri  Xiyabanı ziyarət ediblər
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Fəxri  Xiyabanı ziyarət ediblər