05.07.2024, 10:04 - Baxış sayı: 185

“Liderlikdə zəkavi xarici siyasətin üstünlükləri” mövzusunda dəyirmi masa keçirilib

“Liderlikdə zəkavi xarici siyasətin üstünlükləri” mövzusunda dəyirmi masa keçirilib

İyulun 5-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası”, "İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” , “İdrak nəzəriyyəsi və məntiq”, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə təşkilatçılığı ilə “Liderlikdə zəkavi xarici siyasətin üstünlükləri” mövzusunda dəyirmi masa keçirilib. Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək, mühazirəsi zamanı Azərbaycanda yeni dövrün liderlik nümunələrini və qələbənin yeni düzənini təhlil edib. Bu məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlərini ümumiləşdirərək, onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşıb. İ. Məmmədzadə Azərbaycanda gedən islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb, yeni mərhələnin reallıqlarında alimlərin roluna diqqət çəkib. Seminarda çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli Prezident İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, lederlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında “Liderlikdə zəkavi xarici siyasətin üstünlükləri” mövzusunda dəyirmi masa keçirilibmüstəsna rol oynadığını bildirib. Onun siyasi iradəsi ilə türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırıb. “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri , f.e.d. Füzuli Qurbanov Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh edib. Onun simasında liderliyin müdrikliklə təzahürünə dair müqayisələr aparıb. Həmçinin f.ü.f.d, dosent Şölət Zeynalov, “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin müdiri, f.e.d., prof. Rəna Mirzəzadə, f.ü.f.d., dos. Təzəgül Qasımova, elmi işçi Kamran Məmmədov, f.ü.f.d. Xanım Mustafayeva geniş və əhatəli məruzə ilə bağlı çıxışlar etmiş, maraqla qarşılanan seminarın sonunda suallar səsləndirilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.