10.09.2024, 08:46 - Baxış sayı: 69

Dosent Təhminə Ağakişiyevanın elmi məqaləsi Almaniyada nəşr edilib


Dosent Təhminə Ağakişiyevanın elmi məqaləsi Almaniyada nəşr edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ”Estetika” şöbəsinin aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təhminə Ağakişiyevanın «Artificial Intelligence: “The Future of Humanity in Search of the Meaning of Life» adlı elmi məqaləsi Karlsruhe, Alman nəşri altında olan «Intellectual capital is the foundation of innovative development» kollektiv monoqrafiyasında çapdan çıxmışdır və sertifikat ilə təltif edilmişdir.
Məqalədə Süni intellekt fenomenindən bəhs edilir və bu konsepsiyanın yaranma tarixi verilir. Müəllif bu terminin müxtəlif təriflərini təqdim edir və araşdırma nəticəsində bu sahədə bəzi problemlər müəyyən edilir, həmçinin Süni İntellektin müsbət cəhətləri önə çəkilir. Eyni zamanda, bu tədqiqat işində süni intellektin bəşəriyyətin gələcəyindəki rolunun əhəmiyyətinə çox diqqət yetirilir.