17.09.2024, 09:31 - Baxış sayı: 17

Dosent Radif Mustafayev “Yaşıl düşüncə” və “Dayanıqlı inkişaf” mövzularında təlimlər keçirib


Dosent Radif Mustafayev “Yaşıl düşüncə” və “Dayanıqlı inkişaf” mövzularında təlimlər keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" ictimai birliyinin həyata keçirdiyi "Yaşıl düşüncə"nin təbliği və inkişafı" adlı layihə çərçivəsində Tərtər şəhərində 14 sentyabr tarixində genişmiqyaslı təlimlər keçirilib.
Tədbir çərçivəsində "Yaşıl düşüncə", Dayanıqlı inkişaf və "Yaşıl həyat" mövzularında iştirakçılara məlumat verilib. Təlimlərdə gənc fəallar, müəllimlər, tələbələr, Tərtər rayon icra hakimiyyətinin əməkdaşları və könüllülər iştirak ediblər.
Təlimin sonunda iştirakçılar "Yaşıl Tərtər" layihəsi haqqında öz fikirlərini hazırlayıb təqdim ediblər. Təlimlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə doktoru və dosent Radif Mustafayev tərəfindən keçirilib.
Bütün iştirakçılara təlimin sonunda sertifikatlar təqdim olunub.
Dosent Radif Mustafayev “Yaşıl düşüncə” və “Dayanıqlı inkişaf” mövzularında təlimlər keçirib