23.09.2024, 07:11 - Baxış sayı: 32

Alidə Zeynalova “Üzeyir Musiqi günü” tədbirlərində iştrak edib


Alidə Zeynalova “Üzeyir Musiqi günü” tədbirlərində iştrak edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan musiqi mədəniyyəti salnaməsinin əvəzsiz nümayəndəsi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 139 illiyinə həsr edilmiş bir sıra silsilə tədbirlərdə iştrak edib. Tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri Xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti, “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi və təqdimatlarla davam edib.Tədbirlərdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, o cümlədən musiqisevərlər iştirak ediblər.
Sonda A.Zeynalova Üzeyir Hacıbəylinin və Əhmədağa Bakıxanovun ev muzeylərini ziyarət edib.