10.10.2024, 10:17 - Baxış sayı: 520

Dosent Günel Məlikli Professor Aida xanım İmanquliyeva haqqında məruzə ilə çıxış edib


Dosent Günel Məlikli Professor Aida xanım İmanquliyeva haqqında məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda təşkil olunmuş görkəmli şərqşünas alim, pedaqoq, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş Elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli çıxış edib. Günel Məlikli görkəmli alim “HƏYAT SEVGİSİNDƏ ƏBƏDİYYƏT QAZANMIŞ İNSAN” adlı məruzəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda direktoru olmuş, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan görkəmli Şərqşünas alim, professor Aida xanım İmanquliyevanın həyat və yaradıcılığına dair çıxış edib. Professor Aida xanım İmanquliyeva cəsarətli elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi idi. Gəlimli-gedimli, son ucu ölümlü bu dünyada Aida xanım özündən sonra çox gözəl, unudulmaz xatirələr qoymuşdur. Elə insanlar var ki, bu dünyada qazandıqları hər şeyi son damlasınadək vətənə, ana yurda, insanlara qaytarırlar. Görkəmli alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. – deyə, Günel Məlikli vurğulamışdır.
Dosent Günel Məlikli Professor Aida xanım İmanquliyeva haqqında məruzə ilə çıxış edib