Elektron Xidmətlər şöbəsinin əməkdaşı təlim keçib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin əməkdaşı Səlimə Həsənova institutun laborantlarına Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi və onunla iş prosesi barədə təlim keçib. S.Həsənova Elektron Sənəd Dövriyyəsi sisteminin yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını monitorda geniş və əlyetən üsullarla göstərərək sistemin imkanları barədə institut əməkdaşlarını məlumatlandırıb. Təlimdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova da öz növbəsində institut laborantlarını Elektron Sənəd Dövriyyəsi ilə bağlı maraqlandıran suallara cavab verərək, institut əməkdaşları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçotun aparılması prosesini ətraflı izah edib.
Sonda təlim iştirakçıları cari ilin sonuna kimi Fəlsəfə və Sosiologiya İnstitutunun bütün əməkdaşlarının Elektron Sənəd Dövriyyəsində profillərinin aktiv edilməsi barədə qərara gəlib.
Sonda təlim iştirakçıları cari ilin sonuna kimi Fəlsəfə və Sosiologiya İnstitutunun bütün əməkdaşlarının Elektron Sənəd Dövriyyəsində profillərinin aktiv edilməsi barədə qərara gəlib.