17.09.2018, 12:34 - Baxış sayı: 1027

Fəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdir


Fəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdir11-12 sentyabr 2018-ci il tarixində Çeçenistan Respublikasının Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının Birinci Beynəlxalq Elmi Konqresi keçirilmişdir. Konqresdə AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Yəhya oğlu Hüseynov da iştirak etmişdir. Konqresdə çıxış edən Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov tədbir iştirakçılarını salamlayaraq Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasını vurğulamış, Qafqaz xalqlarının, o cümlədən Çeçen xalqının etnik tarixinin dərindən öyrənilməsinin aktuallığını nəzərə çatdıraraq, Konqresin işinə uğurlar arzulamışdır.
Həmçinin konqresdə Sakit Hüseynovdan başqa 7 nəfər azərbaycanlı alim də iştirak etmişdir ki, onlardan 6-sı AMEA İnstitutlarının, biri isə Azərbaycan Texniki Universitetinin ictimai elmlər kafedrasının əməkdaşı olmuşdur.
Konqresin plenar iclasında iştirakçıları salamlamaq üçün çıxış edən Sakit müəllim Çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışmış və Qafqaz xalqları arasında multikultural dəyərlərin, Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın inkişafının zəruriliyini vurğulamışdır.
Çıxışdan sonra Sakit Hüseynov Azərbaycandan apardığı bir neçə kitabları Çeçenistan Prezidenti Ramzan Kadırova və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Ş.Qapurova təqdim etmişdir. Bunun müqabilində Prezident R.Kadırov Azərbaycan alimlərinə öz təşəkkürünü bildirmişdir. Qeyd edək ki, əməkdaşlarımızın beynəlxalq tədbirlərdə fəal iştirakı Azərbaycan reallığının xaricdə tanınmasına xidmət edir.
Fəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdirFəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdir
Fəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdirFəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Konqresdə iştirak etmişdir