SOSİAL PSİXOLOGİYA ŞÖBƏSİNDƏ "PREZİDENT İLHAM ƏLİYEVİN DÖVLƏT İDARƏÇİLİYİ: COP29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ BEYNƏLXALQ NÜFUZUMUZU GÖSTƏRƏN VACİB AMİLDİR” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Sosial Psixologiya şöbəsində “Prezident İlham Əliyevin dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir” mövzusunda elmi seminar keçirilib. Seminarda şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ümummilli lider Heydər Əliyevin Ulu öndərin psixoloji portretinin təhlilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyindən sonra ən böyük uğurlardan biri məhz İqlim Sammiti – COP29-a ev sahibliyi etməsi, yəni COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərar olaraq və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amil olduğunu vurğulayıb. Bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirdiyini bildirib. Digər ölkələrin prezidentlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəğbəti, inamı ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzunun artmasına gətirib çıxarır. G.Məlikli söyləyib ki, bütün bunlar Azərbaycanda inkişafın uğurları COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir.Bu Azərbaycana ekoloji problemləri həll etməklə bərabər, müasir innovasiyalara töhfə verən ölkə kimi göstərmək imkanı verəcək. - deyə, Günel Məlikli vurğulayıb.Daha sonra şöbənin doktorantı Aydın Abdullayev çıxış etdikdən sonra seminar müzakirələrlə davam edib.