22.10.2024, 12:14 - Baxış sayı: 132

Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA -nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29- la bağlı dəyirmi masa keçirilib

Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA -nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29- la bağlı dəyirmi masa keçirilib

22 oktyabr, 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.Dəyirmi masanın mövzusu “COP29- Yaşıl strategiya , iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.Dəyirmi masanı giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açıb. STM rəhbəri Zahid Oruc “COP29: Qlobal İqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri”mövsuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili,başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə,ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxundu.XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA -nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29- la bağlı dəyirmi masa keçirilibonun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş vermiş və beləliklə, ciddi ekoloji disbalans yaranması, ekoloji problemlərin daha da kəskinləşməsi fonunda ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqəti cəlb etdi. Daha sonra sosial ekologiya elmi çərçivəsində- bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən, nəzəri cəhətdən ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq etməklə daha dərin tədqiqatlar aparmağa imkan verən ekoloji sosiologiya elminin də yaranmasını vurğuladı.Açılış nitqində natiqlər-cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan,qarşılıqlı sosial münasibətlərin sosial-ekoloji aspektini öyrənən,insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsirini sistemli şəkildə tədqiq edən elmi istiqamətlərin formalaşmasını, bu sahələrin birgə fəaliyyətinin önəmiyini vurğuladı. Dəyirmi masada AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - f.e.d, dosent Ziba Ağayeva “Azərbaycan dünya çağırışları kontekstində COP 29 məqsəd və məram”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov “Milli ideya və ekoloji həmrəylik” mövzularında çıxış etdilər.