07.11.2024, 06:57 - Baxış sayı: 55

ATIRAU UNİVERSİTETİNDƏ ÇIXIŞ


ATIRAU UNİVERSİTETİNDƏ ÇIXIŞ

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov Türkləri Dünyası İnstitutunun (IFWT- Almaniya) Qazaxıstanın Atırau Universitetində təşkil etdiyi “Türklərin Dünyası VIII Sosial Elmlər Simpoziumuna onlayn qoşularaq məruzə ilə çıxış etmişdir. “Sosial siyasət dövlətçiliyin inkişafinda vacib istiqamət kimi” mövzusundakı məruzəsində Z.Şabanov ölkədə xalqın rifahının müntəzəm olaraq yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial təminatının layiqincə ödənilməsi sahəsində həyata keçirilən islahatlardan, sosial paketlərin uğurlarından, həssas əhaliyə edilən yardımlardan, dövlətin bu sahədəki fəaliyyətini dəstəkləyən QHT-lərin fəaliyyətindən, qazi və müharibə veteranlarına, aztəminatlı ailələrə olan qayğıdan danışmış, yeni qəbul olunmuş normativ aktlara münasibət bildirmiş, təkliflərini söyləmişdir.