07.11.2024, 11:13 - Baxış sayı: 329

“Prezident İlham Əliyevin COP29 siyasətinin sosial psixoloji, etik prioritet istiqamətləri” mövzusunda elmi seminar keçirilib

“Prezident İlham Əliyevin COP29 siyasətinin sosial psixoloji, etik prioritet istiqamətləri” mövzusunda elmi seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” və “Sosial Psixologiya” şöbələrinin birgə “Prezident İlham Əliyevin COP29 siyasətinin sosial psixoloji, etik prioritet istiqamətləri” mövzusunda elmi seminarı keçirilib. Tədbiri açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə hər kəsi salamlayaraq, onları 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq günü münasibəti ilə təbrik edib. Seminarda İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin elmi-praktiki problemlərini tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub. Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun “Prezident İlham Əliyevin COP29 siyasətinin sosial psixoloji, etik prioritet istiqamətləri” mövzusunda elmi seminar keçirilibamillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib. Şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisə olmaqla, ölkəmizin dünyada yüksək nüfuzunun göstəricisi olduğunu vurğulayıb. G.Məlikli söyləyib ki, COP29 çərçivəsində şərəfli addım 2050-ci ilə qədər qazıntı yanacaqlarından tamamilə imtina etmək qərarı ola bilər. Buna əsasən dövlətlər ətraf mühitin mühafizəsi məsələlərində daha qətiyyətli addımlar üçün əsaslar əldə edəcəklər. Bakıda keçiriləcək COP29 mühüm qərarların qəbulu üzrə mühüm platforma olacaq. Bütün bunlar Azərbaycanda inkişafın uğurları COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir. - deyə, Günel Məlikli vurğulayıb.Daha sonra seminar müzakirələrlə davam edib.