14.11.2024, 07:55 - Baxış sayı: 36

Əməkdaşlarımız elmi konfransda çıxış ediblər


Əməkdaşlarımız elmi konfransda çıxış ediblər

AMEA Qafqazşünaslıq İnstitutunun “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda təşkil etdiyi Respublika elmi konfransında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları – baş elmi işçi, s.e.d., dosent Səadət Məmmədova “Şəxsiyyətin siyasi sosiallaşmasında nüfuzlu lider amili”, aparıcı elmi işçi, f.ü.f.d, dos. Zeynəddin Şabanov (o həm də konfransın VI bölməsinin həmsədri olmuşdur) “Cavad bəy Məlikyeqanov AXC liderlərindən biri kimi”, aparıcı elmi işçi, f.ü.f.d., dosent İradə Zərqanayeva “Dövlətlərarası sülh münasibətlərində yeni zəmin”, böyük elmi işçi, psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılova “Siyasi liderin şəxsiyyətinin psixoloji təhlili”, böyük elmi işçi, psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva “Siyasi dialoq prosesində şəxsiyyət amilinin rolu”, elmi işçi Xanımağa İsmayılova “Ə.B.Topçubaşov Azərbaycan Cümhuriyyətinin yaradıcılarından biri kimi”, elmi işçi İlham Soltanov “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın yenidən öz istiqlalına qovuşması üçün mübarizəsi”, elmi işçi Həlimə Qafarova “Dövlətlərarası münasibətlərdə şəxsiyyət amili (II Qarabağ müharibəsi nümunəsində)”, elmi işçi Nailə Əlicanova “Cənubi Qafqazda dövlətlərarsı münasibətlərin tənzimlənməsində İlham Əliyevin rolu”, elmi işçi Tünzalə Əliyeva “Atatürk və türk dünyası”, elmi işçi Ruhiyyə Məmmədova “Multikultural paradiqmada fərdin identikliyi problemi:sosial-fəlsəfi təhlil”, elmi işçi Xalidə Xəlilova “Şəxsiyyət siyasi psixologiyanın subyekti kimi”, elmi işçi Sevanə Mirzəyeva “Siyasi proseslərdə şəxsiyyətin rolu” adlı məruzələrilə çıxış ediblər. Çıxışlarda Azərbaycan Cümhuriyyətinin yaradıcılarından olan M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, C.R.Məlikyeqanovun ictimai-siyasi fəaliyyəti təhlil edilmiş, onların gənc respublikanın inkişafı üçün həm daxildəki, həm də mühacirətdəki fəaliyyəti iştirakçıların nəzərinə çatdırılmış, şəxsiyyətin sülhün bərqərar olmasında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində , siyasi proseslərdə, sosiallaşmada rolu barədə ətraflı məlumat verilmiş, geniş müzakirələr zamanı suallar cavablandırılmışdır.
Əməkdaşlarımız elmi konfransda çıxış ediblər
Əməkdaşlarımız elmi konfransda çıxış ediblər
Əməkdaşlarımız elmi konfransda çıxış ediblər