20.11.2024, 09:42 - Baxış sayı: 25

Dosent Zeynəddin Şabanov “Multikulturallıq müasir çağırışlar fonunda” mövzusunda çıxış etmişdir


Dosent Zeynəddin Şabanov “Multikulturallıq müasir çağırışlar fonunda” mövzusunda çıxış etmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 24 nömrəli kitabxana filialında 16 noyabr Tolerantlıq gününə həsr olunmuş “Tolerantlıq ənənəsi Azərbaycan xalqının yaşam tərzidir” adlı tədbir keçirilmişdir. Yerli ziyalıların, müəllimlərin, tələbələrin iştirak etdiyi tədbirə təşkilatçıların dəvətilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dos. Zeynəddin Şabanov internet üzərindən qoşularaq “Multikulturallıq müasir çağırışlar fonunda” mövzusunda çıxış etmişdir. Çıxışında Z. Şabanov multikulturalizmin mahiyyəti, onun növləri, milli, dini, etnik, irqi, mədəni müxtəliflik və multikultural dəyərlər haqqında məlumat vermiş, bəzi Qərb liderləri və tədqiqatçılarının multikulturalizmin əlehinə olmasının səbəblərini incələmiş, qanun qarşısında bütün vətəndaşların bərabərliyi, bu istiqamətdə Azərbaycanda aparılan siyasət, Azərbaycanın tolerantlıq ənənəsi, sabitliyin və davamlı inkişafın əldə olunmasında multikulturalizm prinsipinin əhəmiyyətindən danışmışdır.
Dosent Zeynəddin Şabanov “Multikulturallıq müasir çağırışlar fonunda” mövzusunda çıxış etmişdir