12.10.2018, 13:20 - Baxış sayı: 972

“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilmişdir


“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi”  adlı dəyirmi masa keçirilmişdir8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetinin “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilmişdir. Tədbir ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş şəkildə təbliğ olunması məqsədi daşımışdır.
Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq iştirakçıları salamlayıb bu cür tədbirlərin əhəmiyyətindən danışdı və sözü Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevə vermişdir. A.Usubəliyev öz çıxışında Mərkəzin gördüyü işlərdən, multikulturalizmə aid tədbirlərdən, mədəniyyət nazirliyi rəhbərliyinin bu istiqamətdə tapşırıqlarından bəhs etmişdir.
“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi”  adlı dəyirmi masa keçirilmişdirTədbirdə AMEA Fəlsəfə İnstitutu tərəfindən böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizm - sülh və həmrəyliyin paradiqmasıdır” adlı məruzəsində multikulturalizm və dialoq fəlsəfəsi haqqında çıxış etmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli tələbələrə imtahanlarda bugünkü tədbirin tezislərindən istifadə edilməsini məsləhət görmüşdür. Multikulturalizm Mərkəzinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzəyir Babakişiyev vurğuladı ki, multikulturalizm sabitliyin əsasıdır.
Tədbir çərçivəsində azərbaycan mültikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi və klassik musiqi konserti təşkil olunmuşdur.
Sonda Gəncə Dövlət Universiteti Mərkəz tərəfindən Fəxri diplomla təltif olunmuşdur.