25.10.2018, 21:56 - Baxış sayı: 1562

Fəlsəfə İnstitutunun gənc alimləri beynəlxalq elmi konfransda iştirak ediblər


Fəlsəfə İnstitutunun gənc alimləri beynəlxalq elmi konfransda iştirak ediblər“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 23-24 oktyabr 2018-ci il tarixlərində Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransın ana xətti Şirvanşahlar dövründən müasir dövrə səyahət, eləcə də Şirvanşahlar dövrünün müasir dövrümüzdə qoyduğu varislik ənənələri olmuşdur. Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə konfransda iştirak etmişdir. Konfransda Fəlsəfə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva “Şirvanşahlar dövlərinin tarixinə bir nəzər” mövzusunda və GAMŞ-ın üzvləri k.e.i. Gültəkin İsmayılova “Azərbaycan və Böyük İpək yolu”, k.e.i. Fəridə Şükürlü “Şirvanşahlar dövlətinin Azərbaycan tarixində rolu”, k.e.i. Türkan Məmmədova “Şirvanşahlar dövrü ədəbi-fəlsəfi dünyagörüşünün inkişaf meylləri”, k.e.i. Vüsalə Gülmalıyeva “Şirvanşahlar və Müasir Azərbaycan dövlətində münaqişə amilinə baxış (müqayisəli təhlil)”, k.e.i. Hafizə İmanova “The successor of old Silk Road: Baku-Tbilisi-Kars railway and its importance for Azerbaijan” mövzularında məruzələrlə müvafiq bölmələrdə çıxış etmişlər.
Fəlsəfə İnstitutunun gənc alimləri beynəlxalq elmi konfransda iştirak ediblərFəlsəfə İnstitutunun gənc alimləri beynəlxalq elmi konfransda iştirak ediblər