Fəlsəfə İnstitutunda rusiyalı məşhur filosof və sosioloqun kitabının təqdimatı keçirildi
Bu gün AMEA Fəlsəfə İnstitutunda məşhur filosof, sosioloq və politoloq, Rusiya geosiyasi məktəbinin banisi, Rusiya Avrasiyaçılıq hərəkatının lideri, siyasi və sosiologiya elmləri doktoru, professor Aleksandr Duginin “Geosofiyaya giriş: Svilizasiyalar və onların Loqosları” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirildi. Müəllifin də iştirak etdiyi təqdimat mərasimini Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Azərbaycan oxucuları üçün rus mədəniyyətinə aid olan hər bir nüansın xüsusilə maraqlı olduğunu söyləyərək, müasir rus mütəfəkkirləri arasında Aleksandr Duginin xüsusi yer tutduğunu qeyd etdi. İ.Məmmədzadənin sözlərinə görə, oxuculara təqdim edilən bu kitab A.Duginin Azərbaycan dilində nəşr olunan ilk əsəridir: “Onun geosiyasət və fəlsəfə ilə bağlı dərin düşüncələrinin qovuşduğu bu əsər müasir svilizasiyalar nəzəriyyəsinə sanballı töhfədir. Çıxışının sonunda İ.Məmmədazadə onu da qeyd etdi ki, A.Duginin kitablarının Azərbaycan dilinə tərcüməsi davam etdirilməlidir.
Sonra çıxış edən müəllif kitabın Azərbaycan dilinə tərcümə olunmasına təşəbbüs göstərən, zəhmət çəkən hər kəsə öz minnətdarlığını bildirdi və qısaca olaraq kitabın mahiyyətindən söz açdı.
Sonda tədbir iştirakçıları və qonaqlar kitabın mahiyyətindən, lazımlılığından və faydalılığı haqqında danışaraq müəllifə öz təşəkkürlərini bildirdilər.
Təqdimat əsnasında Mahmud Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanlı professor Aleksandr Dugini fondun medalı ilə təltif edib.
Qeyd edək ki, Hafiz Babayevin tərcümə etdiyi kitab Azərbaycanda Rus İcmasının dəstəyi ilə çap etdirimişdir.