Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konqresdə iştirak edib
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f..d., dos. Rəşad Əsgərov 21-26 oktyabr 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Yıldız Texnik Universitetinin təşkil etdiyi “II Sultanı Abdulhəmid və onun dövrü” Beynəlxalq Konqresdə iştirak edərək, “XX əsrin əvvəllərində sultan II Əbdülhəmidin təhsil və mədəniyyət sahəsində Azərbaycan türkləri və Qafqaz müsəlmanlarına yardımı” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda gedən sosial-iqtisadi dəyişikliklər nəticəsində təhsil və mədəniyyət ocaqlarının inkişafını müqayisəli-təhlil metodu baxımından təhlil edib.
Rəşad Əsgərov məruzəsində mövzunu müxtəlif rakurslardan təhlil edərək dinləyicilərə çatdırıb.
Rəşad Əsgərov məruzəsində mövzunu müxtəlif rakurslardan təhlil edərək dinləyicilərə çatdırıb.