Fəlsəfə İnstitutunun əməkdaşı "Dialoq dinlərarası münasibətlərin hərəkətverici qüvvəsi kimi" mövzusunda məruzə ilə çıxış edib
Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində 25-26 oktyabr 2018-ci il tarixlərində M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz "Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti" üzrə milli seminar keçirilmişdir.
AMEA Fəlsəfə İnstitututunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov seminarda "Dialoq dinlərarası münasibətlərin hərəkətverici qüvvəsi kimi" mövzusu ilə çıxış etmişdir. Ş. Zeynalov öz çıxışında dünyada baş verən ekstremizm və islamofobiya kimi mənfi amillərin baş qaldırmasından bəhs edərək bildirmişdir ki, bütün bu kimi mənfi meyllərə qarşı dialoq mədəniyyətinin bir terapiya üsulu kimi formalaşdırılması çox vacibdir.
Bölgədə multikulturalizmə və dialoqa Ermənistanın daima təhdid yaratdığını bildirən Ş.Zeynalov erməni ideloqlarının öz xalqlarını fəlakətə sürüdüyünü də bildirmişdir. Heç bir dinin dünyada zorakılığı təqdir etmədiyini söyləyərək müqəddəs Qurani Kərim ayələrinə istinad edərək bildirmişdir ki, İslam digər dinlər ilə daima dialoqu təsdiq etməklə yanaşı hər çür zorakılıqları da inkar edir. Dünya böyük sülhə gəlmək istəyirsə dinlərarası dialoqların həm praktiki, həm də nəzəri Azərbaycan modelinin mahiyyət və praktikasından bəhrələnməlidir.
Qeyd edək ki, əməkdaşımız İSESKO rəhbərliyi tərəfindən settifikatla mükafatlandırılmışdır.