Fəlsəfə İnstitutunun alimləri “Köç, qaçqınlıq və insanlıq” beynəlxalq elmi konfransında iştirak etmişlər
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli və institutun “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Türkiyə Cümhuriyyətində Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin bir sıra yüksək dövlət qurumlarının və universitetlərinin tərəfdaşlığı ilə keçirilən Kartəpə Sammiti adlanan “Köç, qaçqınlıq və insanlıq” beynəlxalq elmi konfransında iştirak etmişlər. Bələdiyyə başkanı İbrahim Karaosmanoğlu, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və başqalarının plenar iclasda çıxışlarından sonra üç gün davam edən panel iclaslarda hazırda dünya ictimaiyyətini dərindən narahat edən qaçqınlıq-köçkünlük problemi əhatəli və dərindən müzakirə edilmiş, xüsusilə Türkiyə Cümhuriyyətinin bununla əlaqədar üzləşdiyi ağır vəziyyət dövlət qurumlarının və ictimai təşkilatların bu sahədə gördüyü işlər və qarşıdakı vəzifələr geniş təhlil edilmişdir.
Konfransda bildirilmişdir ki, hal-hazırda Türkiyədə dörd milyona yaxın Suriyalı sığınmaçı vardır. Bunların 55 faizini Türkiyə təkbaşına təmin edir. Bu qaçqınlar (sığınmaçılar) əsasən şəhərlərdə yerləşdirilmişlər. Belə ki, İstanbulda 420 min, Urfada 410 min, Hatayda 380 min, Antepdə 320 min, Kocaelidə 27 min, qaçqın düşərgələrində isə 250 min nəfər yaşamaqdadır. Konfransda müzakirələr çərçivəsində ayrıca “Qarabağ” oturumunun təşkili, Türkiyədən və Azərbaycandan olan mütəxəssislərin buradakı məruzələri Ermənistanın işğalı nəticəsində ölkəmizin üzləşdiyi bir milyondan çox qaçqın və məcburi köçkünün problemi, onların həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, qaçqın və köçkünlüyün sosial-mədəni tərəfləri barəsində geniş fikir mübadiləsi aparılmışdır.
Konfransda f.ü.f.d., dosent Eynulla Mədətlinin “İran erməniləri və onların türkkəzidd fəaliyyətləri”, f.ü.e.d. Xatirə Quliyevanın “Dialoq fəlsəfəsi və multikulturalizm şəraitində qaçqın və köçkünlərin inteqrasiya problemləri” mövzusunda adlı məruzələri panel iclaslarında dinlənilmiş, əməkdaşlarımız müxtəlif panellərdəki oturumların diskussiyalarında, xüsusilə “Qarabağ” oturumununda fəal iştirak etmişlər.