12.11.2018, 19:15 - Baxış sayı: 1066

“Qəzalinin elm və irfan dünyası” adlı dəyirmi masa keçirilmişdir


“Qəzalinin elm və irfan dünyası”  adlı  dəyirmi masa keçirilmişdirAMEA Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanın təşkilatçılığı ilə noyabrın 6-da Azərbaycan İlahiyyat İnstitutunda görkəmli alim, sufi, filosof Əbu Hamid Qəzalinin 960 illiiyi münasibətilə “Qəzalinin elm və irfan dünyası” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələri, AMEA-nın Fəlsəfə İnstitutunun, Əlyazmalar İnstitutunun, Şərqşünaslıq İnstitutunun alimləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov iştirakçıları salamlamış və dəvət olunmuş qonaqları təqdim etmişdir. Tədbirdə Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanın “Elm və irfandan sülh və barışa: Qəzali dünyası” adlı elmi məruzəsi dinlənilmişdir. Əlyazmalar İnstitutunun şöbə müdiri, filol.ü.e.d., professor Kamandar Şərifovun “Qəzalinin əsərlərinin azərbaycan dilinə müasir tərcümələri”, Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Arzu Hacıyevanın “Qəzali yaradıcılığında həqiqət və metod”, Ziya Bünyadov adına Şərqşünaslıq İstitutunun “İran filologiyası” şöbəsinin böyük elmi işçisi Şəmsi Pənahoğlunun “Qəzalinin həyat fəlsəfəsi”, Bakı Dövlət Universitetinin “İslamşünaslıq” mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Cığır” ictimai birliyinin sədri Yeganə Mirzəyevanın “Qəzali ezoterizmində qəlbin anlamı”, BDU-nun və BİU-nin məzunu, müstəqil ekspert Bəyim Ərəblinskinin “Qəzali və mənəviyyatımız”, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, i.ü.f.d. dosent Aqil Şirinovun “Qəzalinin əsərlərinin İslam düşüncəsinə təsirləri” və s. mövzular üzrə çıxışlarda Əbu Hamid Qəzalinin zəngin dünyagörüşü, qısa, lakin dolğun və mənalı həyat yolu, tədqiqat istiqamətləri, elmə, mənəviyyata töhfələri geniş təhlil olunmuşdur. Qeyd olunmuşdur ki, Qəzali irsi bu gün də aktuallığını saxlayır, yeni nəsillərin elmi, fəlsəfi, dini düşüncəsinin formalaşmasına, ümumiyyətlə ictimai şüurun mənəvi dəyərlər zəminində inkişafına xidmət edir.
“Qəzalinin elm və irfan dünyası”  adlı  dəyirmi masa keçirilmişdir