13.11.2018, 13:01 - Baxış sayı: 1295

“Estetika” şöbəsinin müdiri Adil Əsədov və şöbənin elmi işçisi Yasmina Məlikova Beynəlxalq Konfransda məruzə ilə çıxış etmişlər

“Estetika” şöbəsinin müdiri Adil Əsədov və şöbənin elmi işçisi Yasmina Məlikova Beynəlxalq Konfransda məruzə ilə çıxış etmişlər2018-ci il 5-6 noyabr tarixlərində ölkəmizdə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında V Beynəlxalq Teatr Konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Konfransda 40 ölkədən 150-dən çox ekspert iştirak etmişdir.
Konfransda Fəlsəfə İnstitutunu “Estetika” şöbəsinin əməkdaşları təmsil etmişdir. Konfransın plenar iclasında “Estetika” şöbəsinin müdiri Adil Əsədov “Teatr varlıq-mövcudluq kontrastı kontekksində” mövzusunda, şöbənin elmi işçisi Yasmina Məlikova isə “Реальность и иллюзорность на сцене. Основные этапы существования театра в современном пространстве” mövzusunda məruzə ilə çıxış etmişlər. “Estetika” şöbəsinin elmi işçisi Almaz Məlikova və şöbənin laborantı Günay Ağazadə də həmin konfransda iştirak etmişdilər.