Alimlərimiz Əlişir Nəvainin yubileyi ilə bağlı beynəlxalq konfransda iştirak etmişlər
5-7 fevral 2019-cu il tarixində Özbəkistanın Nəvai şəhərində Əlişir Nəvainin yubileyi münasibətilə “Əlişir Nəvai irsinin ümumdünya mədəniyyətindəki yeri və rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
Əlişir Nəvainin yaradıcılığı bütün tarixi dövrlərdə türk dünyasında həmişə diqqəti cəlb etmiş və mənəvi mədəniyyətin inkişafında müəyyən rol oynamışdır. Onun əsərləri İslam aləmində geniş tanınmış və Avropa dillərinə tərcümə olunmuşdur.
Bu beynəlxalq konfransa AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov da dəvət olunmuşdur. Azərbaycanlı alim konfransda “Əlişir Nəvainin sosial-fəlsəfi baxışları” adlı məruzə ilə çıxış etmişdir. S.Hüseynovun çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
S.Hüseynov öz məruzəsində Ə.Nəvai əsərlərində irəli sürülən insanın cəmiyyətdəki rolunu vurğulayaraq qeyd etmişdir ki, Nəvai öz əsərlərində ictimai həyatın tərəqqisində dünyəvi elmlərin rolunu geniş şəkildə dəyərləndirmişdir. Konfransda S.Hüseynovdan başqa digər Azərbaycan alimləri də iştirak etmişlər. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, uzun illər Əlişir Nəvai yaradıcılığını tədqiq edən, nəvaişünas alim Almaz Ülvi “Dahi özbək şairi Əlişir Nəvai”, AMEA Nizami Gəncəvi adına Milli Ədədbiyyat Muzeyinin direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Nəvainin Azərbaycan divan şeirinə təsiri (XV-XVI əsrlər)”, Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının professoru, fəlsəfə elmləri doktoru Əyyub Kərimov “Nəvainin “Fərhad və Şirin” əsərində ümumbəşəri dəyərlər”, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər “Azərbaycanda özbək ədəbiyyatının öyrədilməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Bundan başqa Azərbaycanın tanınmış alimlərindən AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Ə.Nəvai yaradıcılığı ilə bağlı konfransa göndərdikləri məqalələr konfrans materialları toplusunda çap olunmuş və konfrans iştirakçılarının marağına səbəb olmuşdur.
Konfransdan sonra alimlərimiz qədim Buxara (Ərk qalası) və Səmərqənd (Əmir Teymurun mavzoleyi, Uluqbəyin rəsədxanası və s.) şəhərlərində orta əsrin möhtəşəm və bənzərsiz abidələri ilə tanış olmuşlar.
Qeyd etmək lazımdır ki, beynəlxalq konfranslarda Azərbaycan alimlərinin iştirakı təqdirəlayiq haldır. Eyni zamanda alimlərimizin xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı qardaş ölkələr arasında elmi, mədəni və dostluq əlaqələrinin inkişafında mühüm rol oynayır. Alimlərimizin başqa ölkələrdə təşkil olunmuş elmi konfranslarda məruzə ilə çıxış etməsi və bu məruzələrin toplularda nəşr olunması ölkəmizin elm və mədəniyyətinin təbliğində mühüm rol oynayır.