18.03.2019, 15:12 - Baxış sayı: 1041

Fəlsəfə İnstitutunda Nəsimi ilinə və Novruz bayramına həsr edilən “Poeziya dəqiqələri” tədbiri keçirildi


Fəlsəfə İnstitutunda Nəsimi ilinə və Novruz bayramına həsr edilən “Poeziya dəqiqələri” tədbiri keçirildiAzərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilikdən sonra ölkənin müəssisə və təşkilatlarında bir sıra tədbirlər həyata keçirilir. Sərəncamdan irəli gələrək AMEA Fəlsəfə İnstitutunda Nəsimi fəlsəfəsinə həsr olunmuş konfrans və seminarlar təşkil edilir. Həmin tədbirlərin davamı olaraq bu gün Nəsimi poeziyasının fəlsəfəsinəm həsr edilmiş tədbir keçirildi.
Tədbiri Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli açaraq iştirakçıları və qonaqları salamladıqdan sonra Nəsimi şeirinin fəlsəfəsindən geniş söz açaraq, Nəsiminin vəsf etdiyi insanlığın kamil insan olmasından bəhs etdi. Həmçinin Nəsimi fəlsəfəsinin insanı kamilliyə gedən yolun - təriqət, həqiqət və mərifət məqamlarından keçirərək ən ali məqama – həqiqətə yüksəltdiyini xüsusi olaraq qeyd etdi.
Fəlsəfə İnstitutunda Nəsimi ilinə və Novruz bayramına həsr edilən “Poeziya dəqiqələri” tədbiri keçirildiNəsimin Azərbaycan ədəbi dilinə verdiyi bəhrələrə diqqət yetirən Eynulla Mədətli Nəsimi ənənələrinin bu gün də davam ertdiyini söylədi: “Nəsimi İnsanı ucaldan şairdir, bu onun poeziyasının özəlliklərindən biridir. Nəsimi dünyası bütün dinlərdən ucada durur, çünki o, bütün dinlərə eyni münasibətlə yanaşırdı. Bunları onun yaradıcılığında da görmək mümkündür. Ona görə Nəsimi yaradıcılığına yanaşanda bu məqamlara xüsusi diqqət yetirməliyik.”
Eynulla Mədətlinin sözlərinə görə hələ 50 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Nəsiminin 600 illik yubileyinin qeyd edilməsinə dair sərəncamından sonra f.e.d., professor Zümrüd Quluzadə Nəsiminin fəlsəfi irsinin, xüsusilə Azərbaycanda hürufilik hərəkatının tədqiq edilib öyrənilməsi sahəsində bu gün də öz əhəmiyyətini saxlayan dərin fəlsəfi məzmunlu əsərlər yazmışdır: "Fikrimcə Azərbaycan nəsimişünaslığında, eləcə də Azərbaycan fəlsəfə tarixinin araşdırılmasında Zümrüd Quluzadənin 1970-ci ildə nəşr olunan "Hürufizm və onun Azərbaycanda ardıcılları" əsəri bu gün də qiymətli bir mənbə kimi olduqca faydalıdır.
Buna görə də Fəlsəfə İnstitutunda bu ənənə davam etdirilməli, Nəsiminin fəlsəfi irsi ideoloji mülahizələrdən kənar hərtərəfli şəkildə yenidən tədqiq edilməlidir."
Sonra tədbirin mahiyyətinə uyğun olaraq İnstitut əməkdaşlarından i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.f.d. Radif Mustafayev, Gülşən Allahverdiyeva, Telman Quliyev, Asiya Əhmədova, s.ü.f.d. Ruşan Ruşanzadə, s.ü.f.d. Məmmədağa Sərdarov, f.ü.f.d. Əli İbrahimov, f.ü.f.d. Zeynəddin Şabanov, fil.ü.f.d. Zöhrə Əliyeva, f.ü.e.d. Rəfiqə Əzimova, AMEA-nın müxbir üzvü, f.e.d. Könül Bünyadzadə, tarix üzrə elmlər doktoru, professor Şahin Fazil, f.ü.f.d Əntiqə Paşayeva və digər çıxışçılar şeirlər oxuyaraq, Nəsiminin qəzəllərindən nümunələr səsləndirdilər.
Fəlsəfə İnstitutunda Nəsimi ilinə və Novruz bayramına həsr edilən “Poeziya dəqiqələri” tədbiri keçirildiTədbirdə qonaq qismin də iştirak edən tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Səlim Babullaoğlu və “525-ci qəzet”in redaktoru, tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynli çıxış edərək belə bir tədbirə dəvət üçün təşəkkürlərini bildirərək, səslənən şeirlər haqqında fikirlərini bölüşdülər. Həmçinin Seyfəddin Hüseynli təklif etdi ki, burada səslənən şeirləri bir qismini hazırlayıb “525-ci qəzet”ə təqdim etsinlər.
Poeziya saatının sonunda Eynulla Mədətli Novruz bayramı münasibətilə İnstitutun rəhbərliyi adından əməkdaşları təbrik etdi, yaradıcı əməkdaşlara uğurlar arzuladı.
Fəlsəfə İnstitutunda Nəsimi ilinə və Novruz bayramına həsr edilən “Poeziya dəqiqələri” tədbiri keçirildi