01.04.2019, 16:41 - Baxış sayı: 999

Elm Gününə həsr olumuş seminar keçirilmişdir


Elm Gününə həsr olumuş seminar keçirilmişdirAMEA İctimai Elmlər bölməsinin 29 aprel tarixində elm gününə həsr olumuş xüsusi seminarı keçirilmişdir. Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli seminarı giriş sözü ilə açaraq qeyd etdi ki, 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə hər il mart ayının 27-i ölkəmizdə elm günü kimi qeyd olunur. Bu il ilk dəfədir ki, bu münasibitlə AMEA-nın İnstitutularında, o cümlədən Fəlsəfə İnstitutunda tədbir keçirilir. Eynulla Mədətli Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə elmin inkişafına göstərdiyi qayğıdan, Elmə Dəstək Fondunun fəaliyyətindən, elmin istehsalatla və təcrübə ilə üzvü şəkildə əlaqələndirilməsindən danışaraq AMEA-nın bu sahədə çox böyük potensial imkanlara malik olduğunu vurğuladı. Eynulla Mədətli qeyd etdi ki, bu gün AMEA strukturlarında on mindən çox əməkdaş çalışır ki, bunun da təqribən yarısı elmi işçilərdir. 664 elmlər doktoru, 2026 müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru, 72 akademik, 112 müxbir üzvü elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparırlar.
Sonra elm gününə həsr olunmuş məruzə üçün söz fəlsəfə elmlər doktoru, professor Əbülhəsən Abbasov “Prezident İlham Əliyevin inkişaf strategiyasında intellektin milli sərvətə çevrilməsi” mövzusundakı məruzəsi maraqla dinlənildi.
İnstitutun şöbə müdirləri və əməkdaşlarından AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d. Adil Əsədov, f.e.d., professor Əlikram Tağıyev, f.ü.f.d. İradə Zərqan, i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.f.d., Ruşən Ruşənzadə və digərləri məruzə ətrafında çıxışlar etdilər.