10.04.2019, 11:09 - Baxış sayı: 860

“Hüququn fəlsəfəsi” (Философия права) adlı monoqrafiya çap edilib


“Hüququn fəlsəfəsi” (Философия права) adlı monoqrafiya çap edilib2019-cu ildə AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayevanın “Hüququn fəlsəfəsi” (Философия права) adlı monoqrafiyası Luqansk vilayətinin diplomdansonrakı pedoqoji təhsil İnstitutunun Elmi Şurasının qərarı əsasında rus dilində Ukraynanın “Sobornost” nəşriyyatında çap edilmişdir. Monoqrafiyaya Ukraynadan professorlar N.A.Jurba, Y.M.Romanenko və Polşadan V.P.Okuliç-Kazapin rəy vermişlər.
Monoqrafiyanın əsas tədqiq mənbəyi hüququn fəlsəfəsi və hüquq elmi, o cümlədən hüquq və dövlət, hüquq və əxlaq, hüquq və siyasət, hüquq və din, hüquq və mədəniyyət və digər mühüm mövzular, bunların arasında olan uyğun və fərqli cəhətlər, filosof və hüquqşünasların, hüquqşünas filosofların (legal philosophers) nəzəriyyəsinə əsasən həm fəlsəfi və həm də hüquqi aspektdə tədqiq olunmuşdur.