Soyqırımı və terror: Mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi
Anar Qafarov
Fəlsəfə İnstitutunun böyük elmi işçisi, Aİİ-nin müəllimi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Soyqırımı bəşəriyyətin düçar olduğu ən ağır bəladır və tarixə nəzər salanda bəzi millət və xalqların bu böyük fəlakət və qətliamlara məruz qaldıqlarının şahidi oluruq. Azərbaycan xalqından da yan keçməyən bu faciələrin zaman-zaman icraçıları ermənilər olub. Ən son nümunəsi isə Xocalı soyqırımı oldu. Həmin dövrdə 13 yaşında idim və millətimizin başına gələn dəhşətli hadisələrin canlı şahidi oldum. Sovet ittifaqının dağılmasını həzm edə bilməyən əks qüvvələr hərbi texnika ilə Bakını işğal etməyə təşəbbüs göstərdilər. Lakin 20 yanvar 1990-cı ildə rus ordusu qarşısında qəhrəmanlıq nümayiş etdirən yüzlərlə silahsız oğul və qızlarımız həyatını qurban verdi, şəhid oldu, ölkəmizin işğalına mane oldu. Bu mübarizə 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin elan edilməsi ilə nəticələndi. Lakin sevincimiz çox sürmədi.
Tarix boyu Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarında olan ermənilər rus dəstəyinə arxalanaraq bu dəfə Dağlıq Qarabağa gözlərini dikdilər. Həmin bölgədə strateji əhəmiyyət daşıyan Xocalı rayonu ermənilərin işğal planlarına mane olan bir ərazi idi. Buna görə də rusların dəstəyi ilə 26 fevral 1992-ci ildə Xocalıya qəflətən hücum edib müharibə elan etmədən silahsız xalqı kütləvi şəkildə qətlə yetirdilər. Bununla kifayətlənməyən azğınlar əsl vəhşilik nümayiş etdirdilər, öldürdükləri insanların cəsədləri üzərində misli görünməmiş vəhşiliklər törətdilər. Bu, bir millətin kimliyinə və mövcudluğuna vurulan zərbədən, bir millətin soyunu kəsmək məqsədindən başqa bir şey deyildi. Xalqımız yaşadığı bu tarixi faciənin gerçəkliyinin fərqindədir və bu həqiqət müasir dünya ölkələrinin qəbul edibetməməsinə görə müəyyənləşmir. İnsan hüquqlarını ya kağız üzərində, ya da öz mənfəətlərinə görə müdafiə edən bəzi ölkələr xalqımızın başına gələn bu dəhşətli soyqırımı faciəsini qəbul etməsə də, bu hadisə Azərbaycan xalqının vicdanına, milli kimliyinə vurulan dəhşətli bir zərbə kimi heç vaxt unudulmayacaq, tarixdə yaşayacaqdır.
Bəli, müşahidələrimizə əsasən görürük ki, insan haqlarının müdafiəçisi olan dövlətlər dəfələrlə məruz qaldığımız soyqırımlarına nə hüquqi, nə də siyasi qiymət vermək istəyirlər. Bunun müqabilində hədəfimiz başımıza gələnlərin gerçəkliyini bütün dünyanın tanıyıb-tanımaması olmamalıdır. Artıq insan hüquqlarının müdafiəçisi olduqlarını sözdə iddia edən dövlətləri vicdansızlıqlarıyla baş-başa tərk etmənin zamanıdır.
Tarixdə Xocalı və bu qəbildən baş vermiş digər həqiqi soyqırımlarının qəbulu hər bir ölkənin ədalətli olub-olmamasından qaynaqlanan problemdir. Bunun əsasını isə məhz dil, din, etiqad, irq, etnik mənsubiyyət fərq etmədən insanlıq deyə bilinən ortaq cəhətimiz - “insan kimliyi” təşkil edir. O halda həqiqəti qəbul edənlər, əslində, təmiz insanlığa, ədalətə və vicdana sahib olduqlarını təsdiqləmiş olarlar. Azərbaycan xalqının illərlə soyqırımı və terrordan çəkdiyi sıxıntı və sancılar artıq kifayət edəcək dərəcədədir. Biz tarix boyu yaşadığımız ağrı-acılardan ibrət alaraq kimliyimizə elə məfhumlar yükləməliyik ki, həmin məfhumlar Azərbaycan xalqının milli ruhunun oyanışına qığılcım saçıb əsas amilə çevrilsin. Buna görə də bu faciələri çiyinlərimizdə əbədi daşıyacaq bir anlayışla gələcəyə doğru inamlı, iradəli, israrlı, təkidli addımlar atmalıyıq. Əks halda, milli mübarizəmizi başqa dövlətlərin münasibətinə görə (tanıyıb-tanımamalarına görə) dayandırmalı olacağıq. Mövcudluğunun kökləri çoxəsrli və zəngin tarixə malik millətimizə, xalqımıza müstəqilliyimizi həzm edə bilməyənlərin qərarlarından ibarət qəfəsdə məhbus olmaq yaraşmır. Kimliyimizi, mövcudluğumuzu və həqiqəti görmək istəməyənlərin bir gün başımıza gələn Mart, Xocalı və ondan əvvəlki soyqırımlarla əlaqədar ədalətli qərar verəcəkləri ümidi ilə yaşamamalıyıq. Bu istiqamətdəki mübarizəmizin əsasını ilk növbədə milli ruhumuzu dirçəldəcək dərin tarixi şüura malik olmaq istiqamətindəki fəaliyyətlər və kimliklə bağlı yaddaşımızın tarixi həqiqətlər işığında aktuallaşaraq yenilənməsi təşkil etməlidir.
Tarixdəki soyqırımı, terror və qətliamların elə səbəbkarları var ki, onlar ümumən dəyişmir və öz mövcudluqlarını insanlığa sığmayan fəaliyyətləri üzərində qurur, zaman-zaman davam etdirməyə çalışırlar. Unutmayaq ki, soyqırımı və qətliam törətmək ermənilərin birmənalı şəkildə xarakterik xüsusiyyətidir. Bunun dəlillərini tarixə nəzər salanda bariz şəkildə görə bilirik. Bu istiqamətdəki dəlillər ermənilərin ömür boyu rifah içərisində yaşadıqları Türkiyə və Azərbaycan ərazilərində törətdikləri soyqırımı və qətliamlarda mövcuddur. Bunun ən son nümunəsini isə 26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımı təşkil edir.
Tarixdə gündəliklərə, müəyyən tarixi sənəd və kitablara qeyd edilən bu faciə də digər faciələr kimi bizi daim narahat etməli və mübarizə ruhuyla yaşatmalıdır, sələflərimiz kimi. Bunun ən bariz nümunəsini 20 Yanvar 1990-cı ildə xalqımızın göstərdiyi şücaət və qəhrəmanlıq mübarizəsində gördük. Bəli, bu mövcudluq mübarizəsi təbii olaraq bir çox vətəndaşlarımızın qanı bahasına oldu. Lakin unutmayaq ki, xalqımızın 20 yanvar 1990-cı ildə Bakıda rus və ermənilərdən ibarət qoşun birləşmələrinin, mütəşəkkil bir ordunun qarşısına silahsız çıxaraq göstərdiyi şücaət və mübarizənin arxasında bünövrəsi daha əvvəl qoyulmuş əbədi bir kimlik əsasında formalaşmış milli şüur və düşüncə yatır. Buna görə 20 Yanvar faciəsi tarixi yaddaşımıza bir məzlumiyyət simvolu kimi deyil, bir millətin və xalqın həyat mübarizəsi kimi həkk edildi. Üzərində yaşadığımız bu Vətənin torpaq bütövlüyünü və müstəqilliyini daim müdafiə etmək qüdrətində olduğumuzu göstərdik. Bu, bir qəhrəmanlıq simvolu oldu.
Azərbaycan tarixində belə nümunələri Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Pişəvəri, Şeyx Məhəmməd Xiyabaninin timsalında görmək mümkündür. Tarixi həqiqətlər göstərir ki, Azərbaycan xalqı öz kimliyini və mövcudluğunu ermənilər kimi əsassız “soyqırımı” iddiaları və iftiraları ilə deyil, məhz qəhrəmanlıqla mübarizə aparıb şəhidlər verərək şərəflə qorumuşdur. Bu mübarizələr milli-mənəvi dəyərlərimizə söykənir.
Azərbaycan xalqı millət olmanın əsas şərtlərindən olan insanlığı, mərdliyi, fədakarlığı nümunə götürmüş, əsassız soyqırımı iddiaları ilə öz tarixini yəhudilərin tarixi ilə (xüsusilə, Holokostla) eyniləşdirən ermənilər kimi “məzlumiyyət kimliyi” amilindən heç zaman yararlanmamışdır. Bunun da sübutu qəhrəmanlıqla şəhid olan oğullarımız Mübariz İbrahimov, Fərid Əhmədov və düşmən ordusuna qarşı igidliklə döyüşərək canını əsirgəməyən digər vətənpərvər oğullarımız, həmçinin mübarizələrindən ötrü sürgünə məruz qalmış aydınlarımızdır.
Qeyd edim ki, əgər biz birgəyaşama haqqını tanıdığımız və mərhəmət göstərdiyimiz ermənilər tərəfindən məruz qaldığımız soyqırımlarını Holokostla eyniləşdirmiş olsaydıq, ermənilərin sözügedən əsassız iddialarından daha inandırıcı olardı. Buna isə ehtiyac yoxdur. Bu mənada, insanlığımıza, mərhəmətimizə rəğmən tarixdə aldığımız soyqırımı zərbələri heç də az deyil. Belə ki, müəllifi məhz ermənilər olan bu soyqırımları Osmanlı Türkiyəsindən Azərbaycana qədər böyük bir ərazini əhatə edib. Bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin dərəcəsi o qədər ağır idi ki, onları Holokostla müqayisə etmək, bəlkə də həmin soyqırımlarına məruz qalımış Aişə anama, Əhməd qardaşıma, Fatimə bacıma və digər soydaşlarımıza münasibətdə haqsızlıq olardı.
Unutmayaq ki, bu soyqırımlarının müəllifləri əhalisinin böyük əksəriyyəti türklərdən və azərbaycanlılardan ibarət olan torpaqlara qarşı ərazi iddiasını reallaşdırmaq məqsədilə həmin ərazilərdə dinlərini belə alət etməkdən çəkinməyən, Rusiyanın dənizlərə enmə siyasətində alət olmağı özlərinə şərəf bilən ermənilərdir.
Əsası 1701-ci ildə I Pyotrun vəsiyyəti ilə qoyulan bu siyasəti 1826-cı ildən etibarən və 10 fevral 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1917-ci ildə baş vermiş bolşevik inqilabınadək, 1946-1947-ci illər arasında Azərbaycan ərazilərinə köçürülən, sonra da bu ərazilərə iddialı olan, 1905-1915-ci illər arasında Osmanlı ərazilərində; 1905-1907, 1918-1920, 1988 və ən son 1992-ci ildə Azərbaycanda bir çox kütləvi soyqırımına soyuqqanlılıqla imza atan andraniklər və onların nəvələri davam etdirmişlər.
Ermənilərin Osmanlının bəzi ərazilərindən köçürülməsinin əsasında türklərin onlara göstərdikləri mərhəmət və insanlıq müqabilində adət halına gətirdikləri xəyanətkarlıq və törətdikləri soyqırımı faktları yatır. Buna misal olaraq, Osmanlının Saimbəyli bölgəsində romalılar dövründə inşa edilən və ermənilərin kilsə kimi istifadə etdikləri qalanın başından gənc türk qızlarının atılaraq öldürülməsi, yenə həmin ərazidə türk qadınlarının qucaqlarındakı körpələri ermənlilərin qaynar qazana ataraq bişirmələri və “Alın, sizin quzunuzdur, yeyin!” deyərək analarının qarşısına qoymaları erməni vəhşiliyinin bariz nümunəsidir. Türkiyənin İqdır şəhərinin Oba kəndində yaşlı, qadın və uşaq demədən müsəlman türkləri bir təndirə doldurub üstlərini bağlayaraq qaz yağı tökməklə kütləvi şəkildə yandırmaları hadisəsini ifadə edən “Təndir Qətliamı”, Ərzurum, Van, Ərciş, Çavuşoğlu Samanlığı və digər ərazilərdə mövcud olan türk məzarlarının ermənilər tərəfindən vəhşicəsinə dağıdılaraq, cəsədlər üzərində insanlığa sığmayan vəhşiliklərin törədilməsi və s. faktlar tarixi həqiqətlərdir. Ermənilərin törətdikləri faciələr bunlarla da bitmir. Bu qəddar qaniçənlər 1905-1907-ci illərdə İrəvan, Zəngəzur, Bakı, Şamaxı, Gəncə, Şuşa, Cəbrayıl, Naxçıvan, Göyçə, Mehri, Qafan, Eçmiədzin, Zəngibasar, İcevan, Daşnov ərazilərində kütləvi şəkildə qətliamlar törədərək həmin bölgələrin sakinlərini İran və Türkiyə ərazilərinə köçməyə məcbur etmiş, 31 mart 1918-ci ildə Bakıda 30000-ə, Şamaxıda isə 7000-ə yaxın soydaşımızı məqsədli şəkildə öldürmüşlər. Onlar 58 kəndi dağıtmış, 122 kəndi yerlə-yeksan edərək Qubada kütləvi qətliama səbəb olmuş, Qarabağ və Zəngəzurda yüzlərlə kənd və qəsəbədə vəhşiliklər törətmiş, İrəvanda azərbaycanlı soydaşlarımızın yaşadıqları 88 kəndi məhv edərək, 131 970 soydaşımızı kütləvi şəkildə qətlə yetirmişlər. Ermənilərin bütün bu fəaliyyəti “Türksüz böyük Ermənistan” ideyasının reallaşmasına xidmət edən strategiyanın mərhələlərini təşkil edir. Bu müddəa 19 may 1783-cü ildə Q.A. Potyomkinin II Yekaterinaya yazdığı məktubda da öz əksini tapır. Belə ki, həmin məktubda Potyomkin deyir: “Fürsət tapan kimi Qarabağı dərhal ermənilərin nəzarətinə vermək və beləliklə, Asiyada bir erməni-xristian dövləti qurmaq üçün əlimizdən gələni edəcəyik”. Elə 1948-1952-ci illər arasında 100 000-dən çox soydaşımızın Ermənistandan Azərbaycan ərazilərinə köçürülməsi və 26 fevral 1992-ci ildə Xocalıda törədilən kütləvi soyqırımı da bu məqsədin davamı idi.
Ermənilərin məqsədi “türksüz böyük Ermənistan” yaratmaq idi. Bu siyasət öz təsdiqini bünövrəsi Türkmənçay müqaviləsi ilə qoyulan və 1988-ci ildə Ermənistanda Azərbaycan türklərinə qarşı törədilən vəhşilikdə tapdı. Bu faktlar 1918-ci ildə minlərlə soydaşımızı qətlə yetirən Njdenin xatirəsinə 1989-cu ilin mart ayında Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Qafan rayonunda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan rayonunun rəhbəri Mkrtçyanın nitqində də öz əksini tapır. O, çıxışında demişdir: “Siz çox cəhd etdiniz, ancaq Azərbaycan türklərini Ermənistandan çıxara bilmədiniz. Sizin böyük arzunuzu nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər belə olsun, Azərbaycan türkü qalmamışdır”. Bu sözlər günümüzdə daha çox dilə gətirilən mədəni müxtəliflik prinsiplərinə veto qoymaq mənasını daşıyır ki, bu da şovinizmin əsas göstəricilərindəndir. Bütün bu faktlar öz ərazilərində müxtəlif millətlərin can, mal və digər sahələrdə təhlükəsizliyini qoruyub, bu ərazilərdə yaşamalarının hüquqi əsasını formalaşdıraraq müxtəlif kültür və mədəniyyətlərə qapı açan və hələ də bu tərzini davam etdirən bir türk və azərbaycanlı kimliyi ilə müqayisədə erməni kimliyinin mahiyyətcə miskinliyini bariz şəkildə ortaya qoyur.
Bu mənada, əgər ermənilər yenidən erməni-türk münasibətlərindən bəhs edəcəklərsə, hər şeydən əvvəl özlərinin, həm Ermənistan, həm də erməni diaspor məktəblərində qurtuluş mübarizələrinin simvolu halına gətirdikləri vartanların nə dərəcədə xələfləri ola bildiklərini tarixdə imza atdıqları hadisələr işığında dəyərləndirsinlər. Lakin bunun müsbət istiqamətdə bir nəticəsinin olacağını deyə bilmərik. Dəyərləndirmənin insanlığa və vicdana uyğun olacağının təminatını verə bilmərik. Ermənilər türk kimliyinin ortadan qaldırılması uğrunda müəllifi olduqları soyqırımı və terrorları analiz etsələr, vartanların deyil, İrəvan, Zəngəzur və Göyçədəki insanlığa sığmayan soyqırımı və terrorlara imza atan Andranikin, erməni komandir Vahramın, Xmbapet Dronun və Hamazaspın xələfləri olduqlarını qəbul edəcəklərmi, görəsən? Ermənilər Andranikin rəhbərliyində Göyçədə törədilən qətliamda iştirak edən erməni komandir Vahramın “Mən heç bir şeyi nəzərə almadan Basarkeçər əhalisini qırdım, məhv etdim, lakin güllələri istifadə etmək istəmirdim. Bu itləri öldürməyin ən rahat yolu odur ki, müharibənin sonunda sağ qalanların hamısını quyuya doldurasan, ölmələri üçün üstlərinə ağır daşlar atasan. Mən belə də etdim. Bütün kişiləri, qadınları və uşaqları quyulara doldurdum. Sonra da quyunun ağzını daşlarla bağlayıb, onları ölümə məhkum etdim” – şəklindəki məhz öz dili ilə anlatdıqlarını hansı çərçivədə dəyərləndirəcəklər? “Qəhrəmanlıqmı”, yoxsa?.. Təbii ki, bu, əsassız soyqırımı iddiası ilə kimlik axtarışı içində olmaq qədər asan deyil. Ədalətli dəyərləndirmə yalnız təmiz vicdanın təzahürü ola bilər. Bu mənada, törədilən cinayətlərin Andranikin və Vahramın xələfləri tərəfindən tarix boyu qəhrəmanlıq simvolu kimi təbliğ edilməsindən qorxuram.
26 fevral 1992-ci ildə minlərlə insanın kütləvi şəkildə qətl edildiyi, gözünün çıxarıldığı, bədən üzvlərinin kəsildiyi Xocalıda 13 yaşındakı bir qız uşağının pəncərəyə mismarlanması və ağlamaması üçün ağzına anasının kəsilmiş döşünün qoyulması, sonra başından, sinəsindən və qarın nahiyəsindən dərisinin soyularaq öldürülməsi, bununla da kifayətlənməyib uşağın parçalara ayrılıb itlərə atılması kimi dəhşətli dərəcədə vəhşi bir hərəkətin, qəddarlığın, qansızlığın alternativi varmı? Bu hadisələrdə iştirak edən Zori Balayanın məhz öz dili ilə dediyi bu amansız faşizmin “erməni vətəndaşlıq borcu” adlandırılması və qəhrəmanlıq simvolu kimi sonraki nəsillərə anlatılması bu mövzudakı tədirginliyimin əsasını təşkil edir.
Dünyanın qəbul etməsi zəruri olan bir həqiqət varsa, o da bu və ya digər qəbildən olan erməni vəhşilikləridir. Qorxuram, 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş soyqırımı erməni məktəblərinin divarlarında yeni bir qəhrəmanlıq simvolu və xatirəsi kimi anladılsın və yenidən dünyanın gözü qarşısında sonraki faciə, qətliam və soyqırımlarına səbəb olan amil olsun. Unutmayaq ki, 1988-1993-cü illər arasında Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrutdan ibarət Dağlıq Qarabağın (ümumi sahəsi 4400 km2), 18 may 1992-ci il Laçının (1875 km2), 2 aprel 1993-cü ildə Kəlbəcərin (1936 km2), 23 iyul 1993-cü ildə Ağdamın (1154 km2), 23 avqust 1993-cü ildə Füzulinin (1112 km2), 24-25 avqust 1993-cü ildə Cəbrayılın (1050 km2), 31 avqust 1993-cü ildə Qubadlının (826 km2), 30 oktyabr 1993-cü ildə Zəngilanın (707 km2) və bundan əlavə, Qazax, Tərtər və Naxçıvanın müəyyən bir hissəsinin ermənilər tərəfindən işğalı, bu gün özlərindən ədalət və lehimizə siyasət yürüdəcəklərini umduğumuz və ümidləndiyimiz dünyanın gözü qarşısında baş verdi.
Keçmişimizi yaxşı dəyərləndirsək, altında minlərlə kəfənsiz şəhidin yatdığı Azərbaycanımızın müstəqilliyinin və milli kimliyimizin formalaşma və inkişafının ifadəsi olan torpaq bütövlüyümüzün davamlılığının məhz öz mübarizəmiz sayəsində təmin ediləcəyinə inanmağımız labüddür. Məhz o zaman Yəhya Kamalın sözləri ilə ifadə etsək, “Vətən torpağının imana gəlməsi” reallaşar. Tariximizin bir səhifəsindəki 28 may 1918 və 20 yanvar 1990, digər səhifəsindəki 1905-1907, 31 mart 1918 və 26 fevral 1992-ci il soyqırımı hadisələri hər il ildönümünü qeyd edərək, haqqında şeirlər və ağıların yazılacağı hadisələr deyil, əslində, mövcudluq mübarizəmizin səbəbi olmalıdır. Bu amillərlə milli mövcudluğumuz uğrundakı hər növ mübarizəni nəzəri və praktik müstəvidə məhz öz gücümüz və maraqlarımızla qazana bilərik. Bu amillər bizi kimliyimizə vurulan zərbəni dəf etməyə, bu kimliyin və mövcudluğun əbədiliyi uğrunda mübarizəyə sövq edəcək. Nəticə etibarilə yaşadığımız tarixi təcrübələr biz azərbaycanlıların və xüsusən, yeni nəslin hafizəsinə mübarizəmizin güc və fəaliyyət mənbəyi kimi həkk olunmalıdır. Belə ki, bu gün torpaqlarının 20%-i işğal altında olan və soyqırımına məruz qalan ölkəmizin hər bir vətəndaşı bu istiqamətdəki problemlərimizin həll edilməsi üçün vəziyyəti hər cəhətdən ciddi bir şəkildə nəzərdən keçirməli və analiz etməlidir. Bu mənada, özümüzə bu sualları verməliyik:
1. Erməniləri düşmən kimi təqdim etməklə yanaşı, biz nə etməliyik, soyqırımlarından və haqsızlıqlardan xilas olmaq üçün hansı tədbirləri həyata keçirməliyik ki, məqsəd və amalımıza nail olaq?
2. Sələflərimizin bizim üçün miras qoyduğu və kimliyimizin ən mühüm hissəsini təşkil edən maddi-mənəvi dəyərlərin sonrakı nəsillərə çatdırılacağı nə dərəcədə mümkündür?
3. Bu gün məruz qaldığımız işğal və soyqırımı kimliyimizə vurulan zərbə kimi dünyaya təqdim etdiyimiz halda, bəzi ölkələr bunu görməzlikdən gəlir. Başımıza gələn hadisələrə rəğmən hazırda Azərbaycandakı bir gəncin həyat fəlsəfəsi və qayəsi bir millətin və xalqın mövcudluğundan daha çox, sadəcə, fərdi planda həyatda qalma mübarizəsi ilə məhdudlaşırsa, bunun səbəbləri nədir? Belə məhdud həyat fəlsəfəsi müstəqilliyimizi ərazi bütövlüyü çərçivəsində gələcəyə daşıyacağımıza zəmanət verirmi?
4. Əgər ərazi bütövlüyümüzün yenidən təmin olunacağından bəhs ediriksə, bunun üçün sələflərimizin milli mübarizə və torpaq bütövlüyünü ehtiva edən müstəqillik məfkurəsini zehinlərimizə nə dərəcədə həkk edə bildik?..
“İlahiyyatçı” qəzeti
Mart, 2019-cu il / № 04