Adil Əsədovun “Kainat və onun inkişaf mərhələləri” adlı əsəri çap olunub
AMEA Fəlsəfə İnstitutunun “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədovun “Kainat və onun inkişaf mərhələləri” kitabı (Bakı, “Avropa” nəşriyyatı, 2019) işıq üzü görüb.
Adil Əsədov yeni əsərində Kainatın təşəkkülünün və inkişafının özünəməxsus fəlsəfi təqdimatını verir. Həmin təqdimatda Kainatın təkamülü mahiyyətin bu və ya digər dərəcədə adekvat ifadələrinin bir-birini əvəzləmə tarixi kimi verilir və bu təbiət tarixinin hər bir mərhələsi fəlsəfi rakursda diqqət mərkəzinə gətirilir.
Kitab fəlsəfə və təbiət elmləri üzrə mütəxəssislər, ali məktəb tələbələri, həmçinin fəlsəfi və təbii-elmi mövzularla maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 27 iyun 2019-cu il tarixli qərarı ilə çap olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədəliyev, rəyçiləri fəlsəfə elmləri doktoru Aydın Əlizadə, fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev və fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarovadır.