08.10.2019, 11:56 - Baxış sayı: 1015

“Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” adlı monoqrafiya nəşr olunub


“Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” adlı monoqrafiya nəşr olunubFəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimovun “Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” (“Avropa” nəşriyyatı – 2019. səh. 158) monoqrafiyası nəşr olunub. Monoqrafiyada M.P.Vaqif dövrü və fəaliyyətinin sosial, siyasi və dini aspektləri, poeziyasındakı Vətən sevgisi, vətənpərvərlik, nikbinlik və bədbinliyin, iki əks münasibətlərin, gözəllik, həmçinin xeyir və şər - əxlaqi-etik kateqoriyaların komparativistikası araşdırılır və poetik nümunələrlə əsaslandırılır.
Monoqrafiya AMEA Fəlsəfə İnstitutu “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsində hazırlanmış və Fəlsəfə İnstitutu Elmi Şurasının 2019-cu il 27 iyun tarixli 6 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüşdür.
Elmi məsləhətçisi fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin, elmi redaktoru fəlsəfə elmləri doktoru, dosent Ziba Ağayevanın, rəyçiləri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayevin və elmi işçi, dissertant Telman Quliyevin olduğu monoqrafiya ali və orta təhsil müəssisələrinin müəllim və tələbə heyəti, magistrlər, doktorantlar, ümumən, ziyalılar üçün nəzərdə tutulmuşdur.