Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571246982_11.jpg)
AMEA Fəlsəfə İnstitutundan “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, aparıcı elmi işci Sənan Həsənov, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər İcra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin rəhbərliyi, əməkdar müəllim Mehran Əhməd qızı, şəhər ziyalıları və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin coxsaylı kollektivi qatılmışlar.
Tədbir iştiakçıları öncə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecində ulu öndər Heydər Əliyevin zəngin siyasi-dövlətcilik irsinə dair geniş sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıqdan sonra Adəm Hüseynov bu əlamətdar günün dövlətciliyimiz və xalqımız ücün əhəmiyyəti haqqında giriş nitqi söylədi. Sonra Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva cıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin 28 ildə kecdiyi şanlı yola nəzər salaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin müasir dövlətciliyimizin inkişafındakı roluna dair təhlillər apardı.
Sonra çıxış edən YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri, s.e.ü.f.d. Sənan Həsənov ulu öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müzakirəsinə və ziyalılarla gənclərin görüşünə dair kecirilən tədbirlərə hər zaman böyük ehtiyac olduğunu bildirdi. O, zaman keçdikçə Heydər Əliyev irsinə tək ölkəmizdə yox, ölkəmizin hüdudlarından kənarda da edilən müraciətlərin elmi əsaslarına toxunaraq, Ulu Öndərin xilaskarlıq və müdriklik missiyasının xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyətini sovet dövrü və müstəqillik dövrü ilə müqayisəli şəkildə təhlil etdi.
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247080_2.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247087_3.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247244_4.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247257_5.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247282_6.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247371_7.jpg)
![Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib](/uploads/posts/2019-10/thumbs/1571247396_8.jpg)