28.10.2019, 10:17 - Baxış sayı: 967

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi sertifikatla təltif edilib


Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi sertifikatla təltif edilib 25 oktyabr 2019-cu ildə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda AMEA Fəlsəfə İnstitutu “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Davud Həşimov da iştirak etmişdir. D.Həşimov konfransda “Beynəlxalq münasibətlərdə ikili standartlar” mövzusunda çıxış etmişdir. Məruzədə ikili standartlar siyasəti, onun müasir interpretasiyası, beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasəti, müasir çağırışlar və hədəflər, Azərbaycan Respublikası və ikili standartlar və digər aktual məsələlərə toxunulmuşdur. Bu mənada, D.Həşimov təqdim etdiyi mövzu auditoriyanın geniş marağına səbəb olmuş, problematika ətrafında elmi müzakirələr keçirilmişdir.
Mövzunun aktuallığını, elmliyini, müasir əhəmiyyət kəsb etdiyini və eləcə də geniş auditoriya kütləsi qarşısında maraq doğurduğunu nəzərə alaraq D.Həşimov Universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən sertifikatla təltif edilmişdir.
Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi sertifikatla təltif edilib