Fəlsəfə İnstitutunun böyük elmi işçisi Gündüz Süleymanov Tatarıstanda Beynəlxalq Forumda iştirak edib
AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi f.ü.f.d. Gündüz Süleymanov 13-19 oktyabr 2019-cu il tarixində Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində elmi ezamiyədə olmuşdur. G.Süleymanov “Rusiya müsəlmanlarının dini irsi” Birinci Beynəlxalq Forumunun (I Международный форум «Богословское наследие мусульман России») açılış mərasimində iştirak etmişdir.
Forum çərçivəsində “İslam və cəmiyyət: regional aspekt” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans («Ислам и общество: региональный аспект» международная научно-практическая конференция) keçirilmişdir. G.Süleymanov konfransda “Qloballaşma dövründə Azərbaycanın multikulturalizm və dinlərarası dialoq modeli” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan qloballaşma prosesinin fəal iştirakçısına çevrilmişdir. Qeyd etmişdir ki, bu proseslərdən zərər çəkmədən faydalanmaq və dünyaya yeni bir model kimi multikulturalizm ənənələrini təqdim etməklə qloballaşmanın milli-mənəvi dəyərlərimizə mənfi təsinindən yayınmaq mümkündür.
Daha sonra G.Süleymanov qeyd etmişdir ki, ölkə rəhbərliyi mültikultural dəyərlərin təbliği və inkişafı naminə regional və dünya əhəmiyyətli tədbirlərin keçirilməsi istiqamətində dövlət strukturları qarşısında bir sıra öhdəliklər qoymuşdur. Bu istiqamətdə atılmış ən vacib addım kimi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan olunmasını göstərmək olar.