“Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqəyə yekun vuruldu
Bu gün AMEA Fəlsəfə İnstitutunda Yunanıstanın Azərbaycandakı Səfirliyinin gənc tədqiqatçılar üçün elan etdiyi “Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqənin yekun mərhələsi keçirildi.
Tədbiri Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq elan edilmiş müsabiqə haqqında iştirakçılara məlumat verdikdən sonra sözü Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosa verdi.
Səfir öz çıxışında Fəlsəfə İnstitutu ilə birgə keçirdikləri elmi konfranslardan və bu konfranslarda səsləndirilən fəlsəfi fikirlərin elmiliyinə diqqət çəkərək, təşkilatçılığa və təşəbbüsə görə institutun rəhbərliyinə minnətdarlıq etdi. Bugünkü müsabiqənin də bundan öncə keçirlilən elmi görüşlər kimi yaddaşlarda qalacağını deyən səfir, müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Sonra müsabiqə iştirakçılarından AMEA Fəlsəfə İnstitutunun əməkdaşları Ceyran Hüseynli “Qədim Yunan filosofları – Sofokl”, Toğrul Salmanzadə “Aristotel ideal cəmiyyət və dövlət anlayışları haqqında”, Hafizə İmanova "Yunan miflərinə fəlsəfi baxış”, Leyla Zeynalova “Aristotelin siyasi fəlsəfəsinin elmi əsasları” və siyasi elmlər üzrə fəlsfə doktoru Günel Məlikli “Ədalətlilik və qeyri ədalətlilik anlayışı” mövzusunda çıxış etdilər.
Sonda çıxış edən hər bir müsabiqə iştirakçısına sertifikat və rəsm əsəri təqdim edildi.