18.11.2019, 11:51 - Baxış sayı: 1284

“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub


“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olubNoyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) AMEA Fəlsəfə İnstitunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun alimlərinin, BDU-nun professor və müəllimlərinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə BDU-nun professoru İzzət Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyib.
Müsəlman Şərqinin ilk ali təhsil ocağı olan universitetin olduqca şərəfli yol keçdiyini vurğulayan alim “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının nüfuzlu təhsil ocağı haqqında dəyərli mənbə olduğunu bildirib.
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olubNəşrin müəllifi Günel Məlikli Bakı Dövlət Universitetinin elm və təhsilin inkişafındakı müstəsna rolundan danışaraq qeyd edib ki, Bakı Dövlət Universiteti dünyanın qabaqcıl klassik universitetlərindən biri kimi 100 ildə sözün əsl mənasında şərəfli, zəngin inkişaf yolu keçmişdir. Universitetin ilk rektoru olmuş Razumovski Bakıda açılan ali təhsil ocağı haqqında memuarında yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı".
Azərbaycan Prezidenti İlham Əliyev Universitetin 90 illik yubiley təntənəsində Bakı Dövlət Universitetinin xalqımızın tarixindəki yerinə yetirdiyi və göstərdiyi xidmətlərə belə dəyər vermişdir: “Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır, 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır” – deyə Günel Məlikli bildirib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakı Dövlət Universitetinin nüfuzlu elm və təhsil mərkəzi olduğunu deyib, kitabın əhəmiyyətini vurğulayıb.
Professor Hikmət Əlizadə, AMEA Fəlsəfə İnstitutunun şöbə müdirləri f.e.d. Adil Əsədov, f.e.d., professor Rəna Mirzəzadə, İnstitutun elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və digər çıxış edən alimlər də “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabı ilə bağlı fikirlərini bildiriblər.
Fəlsəfə İnstitunun Elmi Şurasının 27 iyun 2019-cu il tarixli qərarı ilə (protokol № 6) nəşr olunan kitab tədqiqatçılar, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub