20.11.2019, 10:10 - Baxış sayı: 1245

Sakit Hüseynov Türkmənistan Respublikasında elmi ezamiyyətdə olmuşdur


Sakit Hüseynov Türkmənistan Respublikasında elmi ezamiyyətdə olmuşdurAMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov 14-15 noyabr 2019-cu il tarixində Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində elmi ezamiyyətdə olmuşdur. Professor S.Hüseynov Türkmənistan Respublikasının Təhsil Nazirliyi və İdman və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Müstəqillik dövründə təhsil və idman” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişdir. Konfransda S.Hüseynov “Böyük İpək Yolunun bərpasında Azərbaycan və Türkmənistanın iştirakının perspektivlərinin təhlili” adlı məruzə ilə çıxış etmişdir. Professor öz çıxışında Böyük İpək Yolunun bərpası ilə bağlı Azərbaycan və Türkmənistanda həyata keçirilən mühüm tədbirləri şərh etmiş, davamlı inkişaf konteksində iki ölkənin tərəfdaşlığını sosial-fəlsəfi aspektlərini təhlil etmişdir. Eyni zamanda son illərdə iki ölkə arasında sosial-iqtisadi, siyasi, elmi-mədəni əlaqələrin genişləndirilməsində ölkə başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun mühüm rol oynadıqlarını xüsusi vurğulamışdır. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Professor S.Hüseynov Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunun nəzdində fəaliyyət göstərən yeni yaradılmış Davamlı İnkişafın Tədqiqi Mərkəzində olmuş və bu Mərkəzdə 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Davamlı İnkişaf Məqsədləri müzakirə edilmişdir.
Bu beynəlxalq elmi konfransda S.Hüseynovdan başqa AzTU-nun professoru, f.e.d. Əyyub Kərimov və Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Adilə Əhmədova da iştirak etmişdir.
Sakit Hüseynov Türkmənistan Respublikasında elmi ezamiyyətdə olmuşdur
Sakit Hüseynov Türkmənistan Respublikasında elmi ezamiyyətdə olmuşdur