Fəlsəfə İnstitutunun əməkdaşı İradə Zərqanayeva Tatarıstanda beynəlxalq elmi konfransda iştirak etmişdir
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, “Etika” şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayeva 20-22 noyabr 2019-cu il tarixində Tatarıstanda Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına MDU-nun birgə təşkil etdiyi “Yerli ilahiyyat məktəbinin canlanması və inkişafı kontekstində islamşünaslıq təcrübələri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. Tədbirdə İ.Z.Zərqanayevanın “İslama fəlsəfi yanaşmanın bəzi məsələləri” adlı məruzəsi dinlənilmiş, bölmə iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırılmışdır.