02.12.2019, 11:47 - Baxış sayı: 914

“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib


“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib29 noyabr 2019-cu il tarixində AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayevanın “Hüququn fəlsəfəsi” adlı monoqrafiyasının təqdimatı keçirilmişdir.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış edərək monoqrafiyanın əhəmiyyətindən, hüququn fəlsəfəsinin tədqiqi yönündə aparılan işlərdən danışaraq monoqrafiya müəllifinin də bu sahədə gördüyü işin uğurlu olduğunu bildirdi. Əldə etdiyi uğurları ilə bağlı müəllifi təbrik edən professor, müəllifə yaradıcılığında və elmi işlərində uğurlar dilədi.
Sonra monoqrafiya müəllifi f.ü.f.d. Əntiqə Paşayeva çıxış etdi. O, öz çıxışında monoqrafiyanın Luqansk vilayətinin Diplomdansonrakı pedoqoji təhsil İnstitutunun Elmi Şurasının qərarı əsasında rus dilində Ukraynanın “Sobornost” nəşriyyatında nəşr edildiyini bildirdi. Monoqrafiyaya Ukraynadan professorlar N.A.Jurba, Y.M.Romanenko və Polşadan V.P.Okuliç-Kazapin rəy verdiklərini deyən müəllif, kitabın əsas tədqiq mənbəyi hüququn fəlsəfəsi və hüquq elmi, o cümlədən hüquq və dövlət, hüquq və əxlaq, hüquq və siyasət, hüquq və din, hüquq və mədəniyyət və digər mühüm mövzular, bunların arasında olan uyğun və fərqli cəhətlər, filosof və hüquqşünasların, hüquqşünas filosofların nəzəriyyəsinə əsasən həm fəlsəfi və həm də hüquqi aspektdə tədqiq olunduğunu qeyd etdi.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun “Heydər Əliyev irsi və azərbaycançılıq nəzəriyyəsi” şöbəsinin əməkdaşı f.ü.f.d. Əli İbrahimov, Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fələsfə İnstitutunun “Sosialogiya” şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova, Fəlsəfə İnstitutunun “Estetika şöbəsi”nin müdiri, f.e.d. Adil Əsədov, f.e.d. Əsədulla Qurbanov, h.e.d. Habil Qurbanov, f.e.d., Rəfael Əhmədli və digərləri çıxış edərək monoqrafiya ilə bağlı fikir və mülahizələrini bildirdilər.
“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib
“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib
“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib
“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib
“Hüququn fəlsəfəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib